Könüllülərdən ibarət yeni “Diplomatlar” klubu
Bilik Fondunun könüllülərdən ibarət növbəti klubu təsis olunub. Olaylar.az bildirir ki, Fondun Beynəlxalq layihələr sektorunun nəzdində fəaliyyət göstərəcək “Diplomatlar” Klubu müxtəlif universitetlərin tələbələrinin, gənc mütəxəssislərin çoxsaylı müraciətləri əsasında yaradılıb.
7 Dekabr 2017 14:34 SosialBilik Fondunun könüllülərdən ibarət növbəti klubu təsis olunub. Olaylar.az bildirir ki, Fondun Beynəlxalq layihələr sektorunun nəzdində fəaliyyət göstərəcək "Diplomatlar" Klubu müxtəlif universitetlərin tələbələrinin, gənc mütəxəssislərin çoxsaylı müraciətləri əsasında yaradılıb.
Müraciətlərdə bildirilir ki, gənclər Azərbaycanla xarici ölkələr arasında elm, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığın daha da genişləndirliməsi, dövlət siyasətinin dolğun və obyektiv şəkildə beynəlxalq aləmə çatdırılması işində yaxından iştirak etmək istəyirlər. Bilik Fondunun rəhbərliyi onların təkliflərini müsbət dəyərləndirərək, klubun "Diplomatlar" adı altında fəaliyyət göstərməsi barədə qərar verib.
Əsasən universitetlərin beynəlxalq münasibətlər sahəsində ixtisaslı kadr hazırlığı həyata keçirən fakültələrində təhsil alan tələbələrin cəlb olunduğu klubun üzvləri Bilik Fondunun icaçı direktoru Oktay Səmədovla görüşüblər. Görüşdə "Diplomatlar" Klubunun təsis edildiyi elan olunub, perspektivə hesablanan fikir mübadiləsi aparılıb.
O.Səmədov tələbələrə Fondun layihələri haqqında ətrfalı məlumat verdikdən sonra klubun fəaliyyət dairəsi, strategiyası, məqsəd və məramı ətrafında fikir mübadiləsi aparılıb.
İcraçı direktor Fondun Ölkədaxili layihələr sektorunun nəzdində "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun, İnformasiya təminatı sektorunun nəzdində "Gənc jurnalistlər" Klubunun fəaliyyət göstərdiyini xatırladaraq, bu klubların gördüyü işlərdən danışıb.