Seçki Məcəlləsinə dəyişikliklər parlamentə tövsiyyə olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Seçki Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri plenar iclasa tövsiyə edib. “Olaylar”ın məlumatına görə, layihələr dekabrın 7-də keçirilən komitənin iclasında müzakirəyə çıxarılıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Seçki Məcəlləsinə və "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikləri plenar iclasa tövsiyə edib. "Olaylar"ın məlumatına görə, layihələr dekabrın 7-də keçirilən komitənin iclasında müzakirəyə çıxarılıb. Seçki Məcəlləsində dəyişikliklərdə qaydaları kobud pozan və öz yerinə başqasının səs verməsinə şərait yaradan deputatların mandatının Mərkəzi Seçki Komissiyası tərəfindən ləğvi, "Dövlət qulluğu haqqında" qanunda isə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində ticarət nümayəndələrinə dövlət qulluqçusu statusunun verilməsi əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31