Gündəm

“Instagram” öz messencerini sınaqdan keçirməyə başlayır

8 Dekabr 2017 19:05

“Facebook” sosial şəbəkəsinə aid olan “Instagram” foto servisi öz şəxsi messencerini sınaqdan keçirməyə başlayır. “Direct” adlı mobil proqram “Android” və “iOS” mobil platformaları üçün 6 ölkədə (İsrail, Türkiyə, Uruqvay, İtaliya, Portuqal və Çili) istifadəyə veriləcək. Sınaq müddəti dəqiqləşdirilmir, amma “Direct” messenceri bütün dünyada əlçatan olsa, bu proqram “WhatsApp” və “Facebook Messenger”dən sonra şirkətin üçüncü populyar messenceri olacaq.

Əliyar Ağayev FİFA-nın seminarında

8 Dekabr 2017 19:00

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək. Seminar yanvarın 28-dən fevralın 1-dək keçiriləcək. Ağayevin də iştirak edəcəyi seminar Maltada FİFA referiləri üçün təşkil olunacaq. 

Ronaldu: "Messi ilə mübarizəmiz hələ çox davam edəcək"

8 Dekabr 2017 18:50

"France Football" nəşrinin təqdim etdiyi "Qızıl Top" mükafatının builki qalibi Kriştianu Ronaldu olub. İlin ən yaxşı oyunçusuna verilən mükafata 5-ci dəfə sahib çıxan portuqaliyalı bununla da karyerasında 5-ci dəfə bu uğura imza ataraq Lionel Messiyə çatıb.

2018- ci ilin rəngi açıqlandı

8 Dekabr 2017 18:45

"Pantone" Araşdırma Mərkəzi 2018-ci ilin rənginin adını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mərkəz ultra bənövşəyi kölgəsinin gələn ilin rəngi olduğunu bildirib.

Nəsimi rayonunda “Ümummilli Lider Heydər Əliyev və qadın siyasəti” mövzusunda tədbir keçirilib

8 Dekabr 2017 18:40

Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Agbirçəklər Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev və qadın siyasəti” mövzusunda tədbir keçirilib.

Kişmiş dəmləməsinin çoxsaylı faydaları

8 Dekabr 2017 18:40

Kişmiş çox dadlı və həmçinin faydalı məhsuldur. Kişmiş dəmləməsi xalq təbabətində müxtəlif xəstəliklər zamanı təbii müalicəvi vasitə kimi istifadə olunur. Kişmiş dəmləməsinin hazırlanması çox sadədir.

Analar üçün enerji qida!

8 Dekabr 2017 18:35

“Ana” və “yorğunluq” əl-ələ gedən anlayışlardır. Ailənin qayğısını çəkən və məişət işləri ilə məşğul olan analar çox zaman özlərinə diqqət yetirməyi və qulluq etməyi unudurlar. Lakin unutmaq lazım deyil ki, “yıxılan evlərin dayağı” olan anaların əhval və səhhətindən bütün ev-əhlinin durumu asılıdır. Vəziyyəti düzəltmək üçün dəyərli analarımızı faydalı və enerji dolu qida məhsulları ilə tanış edirik.

Alimlər 2018-ci ilin trend olacaq RƏNGİNİ MÜƏYYƏNLƏŞDİRDİ

8 Dekabr 2017 18:30

Alimlər 2018-ci ildə dəbdə olacaq rəngin adını açıqlayıb. “Pantone” rəng institutunun açıqlamasına görə, müxtəlif sahələr üzrə ekspertlər bənövşəyini 2018-ci ilin rəngi elan edib. İnstitut rəhbəri Eysman Leatrin fikrincə, ultrabənövşəyi bu gün dünyada baş verən hadisələri, eyni zamanda yaxşılığa doğru gedən dəyişiklikləri ideal şəkildə əks etdirir. 

Poroşenko Saakaşvili ilə bağlı məsələyə qarışmayacağını bəyan etdi

8 Dekabr 2017 18:22

Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezienti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili ilə bağlı məsələyə müdaxilə etməyəcəyini deyib. P. Poroşenko Litva prezidenti ilə görüşdən sonra keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında deyib ki, bu məsələyə heç vaxt maraq göstərməyib: "Bu işə qarışan deyiləm. Heç vaxt maraq göstərməmişəm, göstərməyəcəyəm də. Biz obyektiv, ədalətli, qərəzsiz istintaq aparıb, o cür də məhkəmə təmin etməliyik. Bunu mən edə bilərəm və zəmanət də verirəm".

Azərbaycanın Xorvatiyada yeni səfiri təyin edilib

8 Dekabr 2017 18:19

Prezident İlham Əliyev Fəxrəddin İsa oğlu Qurbanovun Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Rusiyada anonim zənglərdən birinin sahibi 16 yaşlı qız çıxdı

8 Dekabr 2017 18:18

Rusiyanın Voronej vilayətində məktəblərin birinə bomba qoyulması barədə zəng etmiş 16 yaşlı məktəbli qız məhkəmə qərarı ilə 100 saatlıq icbari işlərə məhkum edilib. Məlumata görə, həmin qız bu ilin may ayında öz mobil telefonu ilə növbətçi hissəyə zəng etmişdi. Nəticədə, aparılan axtarışlarla əlaqədar məktəbdən mindən çox adam təxliyə olunmuşdu.

Azərbaycanın Tacikistan və Xorvatiyadakı səfirləri geri çağırıldı

8 Dekabr 2017 18:13

Prezident İlham Əliyev Abbasəli Həsənovun Azərbaycanın Tacikistanda səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Putin Ankaraya gedir - Qüds məsələsinə görə

8 Dekabr 2017 18:10

Rusiya Prezidenti Vladimir Putin dekabrın 11-də Türkiyəyə səfər edəcək. V.Putin Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Səfərin məqsədi Qüdslə bağlı vəziyyəti müzakirə etməkdir.

Problem birdəfəlik həll ediləcək - ABŞ “əsrin sazişi”ni bağlamaq istəyir

8 Dekabr 2017 18:06

Vaşinqton Fələstin-İsrail probleminin həlli üçün “əsrin sazişi”ni bağlamaq istəyir.  Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson onunla görüşdə bildirib. “Dövlət Administrasiyasının başçısı bildirdi ki, ABŞ Fələstin-İsrail problemini birdəfəlik həll edəcək əsrin sazişini bağlamaq istəyir”, - Lavrov deyib.

Qazaxıstanın energetika naziri İqtisadiyyat Nazirliyində olub

8 Dekabr 2017 18:03

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Qazaxıstanın energetika naziri Kanat Bozumbayevlə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazir Şahin Mustafayev dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan və Qazaxıstan arasında siyasi-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. İqtisadiyyat naziri diqqətə çatdırıb ki, ölkələrimiz arasında ticarət dövriyyəsində artım müşahidə olunur. Bununla belə, potensial daha böyükdür və bundan səmərəli istifadə olunmalıdır.