Rusiyada anonim zənglərdən birinin sahibi 16 yaşlı qız çıxdı
Rusiyanın Voronej vilayətində məktəblərin birinə bomba qoyulması barədə zəng etmiş 16 yaşlı məktəbli qız məhkəmə qərarı ilə 100 saatlıq icbari işlərə məhkum edilib. Məlumata görə, həmin qız bu ilin may ayında öz mobil telefonu ilə növbətçi hissəyə zəng etmişdi. Nəticədə, aparılan axtarışlarla əlaqədar məktəbdən mindən çox adam təxliyə olunmuşdu.
8 Dekabr 2017 18:18 DünyaRusiyanın Voronej vilayətində məktəblərin birinə bomba qoyulması barədə zəng etmiş 16 yaşlı məktəbli qız məhkəmə qərarı ilə 100 saatlıq icbari işlərə məhkum edilib. Məlumata görə, həmin qız bu ilin may ayında öz mobil telefonu ilə növbətçi hissəyə zəng etmişdi. Nəticədə, aparılan axtarışlarla əlaqədar məktəbdən mindən çox adam təxliyə olunmuşdu.
Bomba təhdidi təsdiqini tapmadıqdan sonra gənc qız barəsində "terror aktı barədə yanlış məlumat vermə" maddəsi ilə cinayət işi açılmışdı. Trend.az