Gündəm
Ermənilərin Ağdamda törətdiyi vəhşiliklər - FOTOLAR
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdamın işğal altında olan kəndlərindən üzbəüz mövqedə yerləşən Orta Qərvənd kəndini atəşə tutub. Nəticədə bir neçə kənd sakininin evinə ziyan dəyib. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə düşmən susdurulub.
Rusiyaşünaslıq Mərkəzi açıldı
Dekabrın 8-də Azərbaycan Dillər Universiteti və Rusiya Federasiyasının A.S.Puşkin adına Rus dili Dövlət İnstitutu arasında əməkdaşlıq sazişi imzalanıb. Olaylar.az bildirir ki, aaziş ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdulla və A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun rektoru, professor Marqarita Rusetskaya tərəfindən imzalanıb. İmzalanmadan sonra ADU-nun nəzdində Rusiyaşünaslıq Mərkəzinin açılış mərasimi keçirilib.
Polisin hüququ artırılır
Azərbaycanda polisin ictimai qaydanı və təhlükəsizliyi təmin etmə ilə bağlı hüquqları artırılır. Bununla bağlı “Polis haqqında” qanunun 18-ci (İctimai qaydanın və ictimai təhlükəsizliyin təmine dilməsi sahəsində polis əməkdaşının hüquqları) maddəsinə dəyişiklik təklif edilir.
Qədim xəritələrin elektron təqdimatı
AMEA Mərkəzi Elmi Kitabxanası kitabxananın fondlarında mühafizə olunan “Qədim xəritələr kolleksiyasının (elektron) təqdimatı”nı keçirib. Olaylar.az bildirir ki, MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova xəritələrin təsnif edildiyi slayd üzərində çıxış edərək kitabxananın elektron bazasına 419 nüsxə xəritə daxil edildiyini, bunlardan 51-nin Azərbaycanla bağlı olduğunu və Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini bildirib. O, ilk yaranan xəritələr haqqında məlumat verərək onların səmaya və ulduzlara əsasən hazırlandığını bildirib.
Dövlət Təhlükəsizlik Xidmətinin “Şöhrət” muzeyində anım tədbiri
Dekabrın 8-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla və universitetin rəhbərliyində təmsil olunan şəxslər Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyində olublar.
İranda qar uçqunu: 9 ölü
İranda qar uçqunu olub. Dağ uçqunu İranın Lorestan əyalətinin Oşterankuh (Oshterankooh) dağında baş verib. Məlumata görə, 14 alpinist ötən gün İranın Məşhəd şəhərindən Oşterankuh dağındakı yüksəkliyə qalxmaq üçün hərəkət ediblər. Bu gün səhər qar uçqunu olub, komandadan 9 nəfər qar altında qalıb. Hadisə ilə bağlı qərargah yaradılıb, iki vertolyot və 20 xilasedici axtarışlara başlayıb. Axtarışlar nəticəsində indiyədək 2 nəfərin meyiti tapılıb.
İnsan qurdlara necə yoluxa bilər?
Helmintozlar (qurd xəstəlikləri) insanın sağlamlığına böyük ziyan vurur. Bu səbəbdən müəyyən qaydalara əməl etməklə qurdlara yoluxmanın qarşısını almaq lazımdır. Bu xüsusilə kiçik yaşlı uşaqlara aiddir.
Arda Sinemlə birlikdə aldığı villasını satır - DODAQ UÇUQLADAN QİYMƏT
Aldığı zədələr səbəbilə bu mövsüm “Barselona”da forma geyinə bilməyən və qış transfer pəncərəsində Türkiyəyə qayıdacağı ehtimal edilən Arda Turan villasını satışa çıxarıb. Villanın ilkin qiyməti 5 milyon 450 bin dollar qoyulub. Evin ilk fotolarını futbolçunun qardaşı Ozan Turan instaqram hesabından paylaşıb.
Ən yaxşı işə götürənlərin reytinqi tərtib edilib
“Glassdoor” kadr agentliyi hər il ən yaxşı işə götürənlərin reytinqini tərtib edir. “Apple” şirkəti bu siyahıda həmişə yüksək pillədə qərarlaşıb. “Glassdoor” agentliyi 10 il ərzində işə götürənlərin reytinqini tərtib edir. 2009-cu ildə “Apple” şirkəti ən yaxşı işə götürənlərin siyahısına daxil edilib və 19-cu yeri tutub. 2010-cu ildə korporasiya 22-ci, 2011-ci ildə 20-ci olub. 2012-ci ildə ABŞ şirkəti siyahıda 10-cu yerdə qərarlaşıb.
Yeni videokart fərdi kompüterlərin məhsuldarlığını artıracaq
"NVIDIA” şirkəti yeni “Titan V” videokartını təqdim edib. İstehsalçı nümayəndələrinin sözlərinə görə, bu, fərdi kompüterlər üçün dünyada ən güclü videokartdır. Bundan başqa, yeni videokart “Volta” arxitekturası əsasında yaradılan ilk istehlak səviyyəli sürətləndiricidir.
2018-ci ildə dünya informasiya təhlükəsizliyi bazarında 8%-lik artım proqnozlaşdırılır
“Gartner” analitik şirkətinin proqnozuna görə, şirkətlər gələn il informasiya təhlükəsizliyinə 8% daha çox pul xərcləyəcəklər. Analitiklərin gözləntilərinə görə, 2017-ci ildə kibertəhlükəsizlik sahəsinə qlobal korporativ xərclərin həcmi 89,1 milyard dollara yaxınlaşacaq. 2018-ci ildə bu göstərici 96,3 milyard dollar təşkil edəcək.
Beynəlxalq Telekommunikasiya İttifaqı “5G” texnologiyasının spesifikasiyasını təqdim edib
Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ittifaqa daxil olan 192 ölkədə beşinci nəsil mobil rabitə texnologiyasının (5G) texniki spesifikasiyası üzərində işin davam etdirilməsi üçün əsas yaradan fevralda hazırlanmış “IMT-2020” layihəsini rəsmən təqdim edib. “ITU” tərəfindən hazırlanan sənədin son variantı ilkin layihədən az fərqlənir.
Yeni “Xiaomi” smartfonları təqdim edilib
“Xiaomi” şirkəti “Redmi” istehsal xəttindən iki model təqdim edib. “Rеdmi 5” qurğusu və “Redmi 5 Plus” modeli tərəflərinin nisbəti 18:9 təşkil edən nazik çərçivəli ekran və “Qualcomm Snapdragon” prosessoru ilə təchiz olunub.
Dünyada ilk çap edilmiş “OLED panelləri təqdim edilib
Dünyada şırnaqlı çap metodunun köməyi ilə hazırlanmış ilk işıq diodu panelləri, nəhayət ki, satışa çıxarılıb. Yaponiyanın “JOLED” şirkəti tibbi monitorlarda istifadə üçün çap edilmiş panellərin ilk partiyasını tədarük edib.
“LG Signature Edition” smartfonu buraxılıb
“LG Electronics” şirkəti qabaqcıl “V30” modelinin Cənubi Koreya bazarı üçün nəzərdə tutulan bahalı versiyasını təqdim edib. Üç min ədəd tirajla buraxılacaq “LG Signature Edition” modeli “LG Signature” smartfonlarının yeni seriyasını açır. “LG Signature Edition” smartfonunun hazırlanmasında bahalı materiallardan, o cümlədən arxa paneldə cızılmayan sirkon keramikasından istifadə olunub. Alıcılar, həmçinin korpus üzərində öz adlarını yazdıra, satışdan sonra xüsusi xidmətdən yararlana və “Bang & Olufsen” qulaqcıqlı və “Bluetooth” qarniturlu qablaşdırmanı əldə edə biləcəklər.














