Dövlət Təhlükəsizlik Xidmətinin “Şöhrət” muzeyində anım tədbiri

Dekabrın 8-də Azərbaycan Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla və universitetin rəhbərliyində təmsil olunan şəxslər Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin  Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyində olublar.

Dekabrın 8-də Azərbaycan Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla və universitetin rəhbərliyində təmsil olunan şəxslər Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin  Heydər Əliyev adına Akademiyasında yerləşən "Şöhrət" muzeyində olublar.

ADU rəhbərliyi Ulu öndərin büstü önünə əklil qoyaraq, muzey eksponatları ilə tanış olub. Qonaqları muzey əməkdaşları ilə bərabər, Akademiyanın rəisi Əli Şəfiyev müşaiyət edib. Daha sonra muzey haqda qısa film nümayiş olunub.

Görüşün sonunda ADU-nun rektoru, akademik K.Abdulla "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını muzeyə hədiyyə edərək, xatirə kitabına ürək sözlərini yazıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan multikulturalizminin banisi olduğunu deyən K.Abdulla, bu gün multikulturalizmin Prezident İlham Əliyev tərəfindən dövlət siyasəti elan edildiyini vurğulayıb: "Bizim xalqımız multikulturalizm dəyərlərinə həmişə önəm verib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31