Gündəm
Canlı yayımda tamaşaçı ilə Zaur arasında GƏRGİNLİK: Səni görəndə əsəbləşirəm
Dünən Zaur Kamalın verilişi gərgin anları ilə yadda qalıb. Aparıcı qonağı Damlaya "Azərbaycanda 1 nömrə müğənni kimdir?" deyə soruşub. Müğənni "Yeni kliplər çəkdirən, tez-tez yeni mahnılar yazdıran bir nömrədir" cavabını verib.
Azərbaycanda hərbi məhkəmələrin səlahiyyətləri artırılır
Azərbaycanda hərbi məhkəmələrin səlahiyyətləri artırılır. Bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanunun 31-ci (Hərbi məhkəmə və onun səlahiyyətləri) maddəsinə əlavələr təklif edilir.
Türkiyə Prezidenti Azərbaycanın dövlət başçısını İƏT-in Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısına dəvət edib
Dekabrın 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti dövlətimizin başçısını İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib.
Təmas xəttində DÖYÜŞLƏR GEDİR – 4 ölü, 1 yaralı
Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. Anti-terror əməliyyatları qərargahından verilən məlumata görə, ötən gün ərzində “Rusiyanın hibrid qoşunları” Ukraynanın Silahlı qüvvələrinin mövqelərinə 28 dəfə atəş açıb.
Xalq artistinin oğlunun saxlanılması ilə bağlı RƏSMİ MƏLUMAT
Daxili İşlər Nazirliyi (DİN) Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun saxlanılması ilə bağlı yayılan xəbərləri təsdiqləyib.
Azərbaycanlı müğənni ərindən boşanan Natavan Həbibinin YALANINI İFŞA ETDİ
Azərbaycanlı müğənni Lətifə Soyuöz boşanma xəbəri ilə maqazin gündəmini alt-üst edən Natavan Həbibini ifşa edib. Natavan Həbibi ilə reper Dado haqqında yayılan yeni xəbər şübhə yaradıb.
İlhamə Quliyevanın oğlu həbs olundu
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov bu gün Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. O.Nadirov Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib. O, cinayət məcəlləsinin 178,2.4 maddəsi ilə ittiham olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.
Tofiq Heydərov istefa verdi
Ramzan Kadırov yenə sosial mediada fenomen oldu: İsrailə müharibə elan edir
Ramzan Kadırov: “Bu qərar İsraili daha yeni, daha güclü və təşkilatlanmış savaşın içinə atacaq” “ABŞ prezidenti Donald Trampın Qüds şəhəri ilə bağlı qərarı İsraili müharibənin içinə atacaq”. Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkədə yazıb.
“Ümid” qısametrajlı tələbə filmi nümayiş olundu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə ötən il baş vermiş qəzada itgin düşən neftçilərə həsr olunmuş “Ümid” qısametrajlı filmi nümayiş olunub. Filmin ssenari və ideya müəllifi Universitetinin Kino və televiziya fakültəsinin II kurs tələbəsi Hökümə Sadıq qızına məxsusdur.
Terror aktının qarşısı alındı
72 saat ərzində Saakaşvilinin taleyinə aydınlıq gələcək
Məhkəmə dünən gecə Kiyevdə saxlanılan “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili barəsində 72 saat ərzində qərar çıxaracaq. Bu barədə Ali Radanın deputatı, daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün “Tvitter” mikrobloqunda yazıb. O həmçinin qeyd edib ki, M.Saakaşvili Kiyevdə, gizləndiyi mənzildə saxlanılıb. Hadisə zamanı zərərçəkən olmayıb.
“İçərişəhər” İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarılıb. Bununla bağı “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” qərarda dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, bu qərarın 1-3-cü hissələrində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısında yazılmış “Nazirlər Kabineti yanında” sözləri çıxarılıb.
Azərbaycanlı rejissor Moldovada tamaşa hazırlayır
Tural Mustafayev tamaşa hazırlamaq üçün Moldovanın D.Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət olunub. Olaylar.az bildirir ki, həmyerlimiz teatrın 20 illik yubileyi münasibəti ilə Moldova teatrında Con Patrikin “Əziz Pamela” əsərinə quruluş verir. Teatrın rəhbəri Mixail Konstantinovun sözlərinə görə, qaqauz dilində oynanılacaq tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, dekorçu rəssamı Dmitri Stefogiodur. Janrı komediya kimi təyin olunan səhnə əsərində Elena Danaji, Mixail Konstantinov, Anatoli Radulov, Nataliya İvançuk, Dmitri Zirov, Valentina Gümüşlü və İliya Haci, Rinat Radov çıxış edirlər. “Əziz Pamela” tamaşasının premyerası 10 dekabr tarixinə planlaşdırılıb.
Bəstəkarlar İttifaqı Tofiq Quliyevin 100 illiyi münasibətilə müsabiqə elan edir
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə “Tofiq Quliyev adına estrada mahnı janrında I respublika müsabiqəsi” elan edib. Olaylar.az bildirir ki, müsabiqədə əsas məqsəd unudulmaz bəstəkar Tofiq Quliyevin yüksək peşəkarlıqla yaratdığı musiqi incilərini örnək götürərək müasir estrada mahnı janrında öz melodik zənginliyi, musiqi və mətnlərin vəhdəti, forma mükəmməlliyi, mətn mövzusunun diqqətli seçimi və mənəvi-estetik səviyyəsi ilə ədəbi-bədii meyarlara cavab verən yeni mahnıları aşkar etməkdir.









.jpg)




