Azərbaycanda hərbi məhkəmələrin səlahiyyətləri artırılır
Azərbaycanda hərbi məhkəmələrin səlahiyyətləri artırılır. Bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanunun 31-ci (Hərbi məhkəmə və onun səlahiyyətləri) maddəsinə əlavələr təklif edilir.
9 Dekabr 2017 13:25 SosialAzərbaycanda hərbi məhkəmələrin səlahiyyətləri artırılır. Bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanunun 31-ci (Hərbi məhkəmə və onun səlahiyyətləri) maddəsinə əlavələr təklif edilir.
Təklifə əsasən, hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi inzibati xətalara dair işlərə də baxa biləcək.
Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31