Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?

ABŞ Prezidenti Donald Trampın sərvətinin 7 milyard dollar olduğu bildirilir.Milli.Az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Məlumata görə, Trampın sərvəti 2024-cü il prezident seçkilərində qələbə qazandığı dövrlə müqayisədə 2,7 milyard dollar artıb. Bununla belə, son bir il ərzində onun sərvəti təxminən 300 milyon dollar azalıb.

"Forbes"un məlumatında qeyd olunur ki, Trampın Ağ Evə qayıtmasından sonra sərvətinin sürətlə artmasında kriptovalyuta layihələri və xaricdə həyata keçirilən sövdələşmələr əsas rol oynayıb.

Hazırda Trampın sərvətinin təxminən 2,4 milyard dollarını kriptovalyuta və likvid aktivlər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31