Azərbaycanlı rejissor Moldovada tamaşa hazırlayır
Tural Mustafayev tamaşa hazırlamaq üçün Moldovanın D.Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət olunub. Olaylar.az bildirir ki, həmyerlimiz teatrın 20 illik yubileyi münasibəti ilə Moldova teatrında Con Patrikin “Əziz Pamela” əsərinə quruluş verir. Teatrın rəhbəri Mixail Konstantinovun sözlərinə görə, qaqauz dilində oynanılacaq tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, dekorçu rəssamı Dmitri Stefogiodur. Janrı komediya kimi təyin olunan səhnə əsərində Elena Danaji, Mixail Konstantinov, Anatoli Radulov, Nataliya İvançuk, Dmitri Zirov, Valentina Gümüşlü və İliya Haci, Rinat Radov çıxış edirlər. “Əziz Pamela” tamaşasının premyerası 10 dekabr tarixinə planlaşdırılıb.
9 Dekabr 2017 10:38 Teatr və kinoTural Mustafayev tamaşa hazırlamaq üçün Moldovanın D.Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət olunub. Olaylar.az bildirir ki, həmyerlimiz teatrın 20 illik yubileyi münasibəti ilə Moldova teatrında Con Patrikin "Əziz Pamela" əsərinə quruluş verir. Teatrın rəhbəri Mixail Konstantinovun sözlərinə görə, qaqauz dilində oynanılacaq tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, dekorçu rəssamı Dmitri Stefogiodur. Janrı komediya kimi təyin olunan səhnə əsərində Elena Danaji, Mixail Konstantinov, Anatoli Radulov, Nataliya İvançuk, Dmitri Zirov, Valentina Gümüşlü və İliya Haci, Rinat Radov çıxış edirlər. "Əziz Pamela" tamaşasının premyerası 10 dekabr tarixinə planlaşdırılıb.
Amerika dramaturqu və ssenaristi Con Patrik Qoqqin "Qəribə Misis Sevic", "Əziz Pamela", "Ordan olan hər kim", "Rəqs edən siçan", "Maqbet bunu etdi", "Pomidorlar üçün pis il", "Məcbur olma", "Tövbə", "Empati", "Aldadılmış dələduzlar", "Həkim indi sizi müayinə edəcək", "Pedikürçü" kimi pyesləri dünyanın müxtəlif teatrlarında tamaşaya qoyulur. Azərbaycanda o qədər də məşhur olmayan C.Patrik dramatyurgiyasından "Əziz Pamela" əsərinə bir neçə dəfə müraciət olunub.