72 saat ərzində Saakaşvilinin taleyinə aydınlıq gələcək

Məhkəmə dünən gecə Kiyevdə saxlanılan “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili barəsində 72 saat ərzində qərar çıxaracaq. Bu barədə Ali Radanın deputatı, daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün “Tvitter” mikrobloqunda yazıb. O həmçinin qeyd edib ki, M.Saakaşvili Kiyevdə, gizləndiyi mənzildə saxlanılıb. Hadisə zamanı zərərçəkən olmayıb.

Məhkəmə dünən gecə Kiyevdə saxlanılan "Yeni Qüvvələr Hərəkatı"nın lideri Mixeil Saakaşvili barəsində 72 saat ərzində qərar çıxaracaq.

Bu barədə Ali Radanın deputatı, daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün "Tvitter" mikrobloqunda yazıb.

O həmçinin qeyd edib ki, M.Saakaşvili Kiyevdə, gizləndiyi mənzildə saxlanılıb. Hadisə zamanı zərərçəkən olmayıb.

Xatırladaq ki, dekabrın 5-də M. Saakaşvili Kiyevdə saxlanılıb. Daha sonra o, tərəfdarlarının köməyi ilə azad edilib. M. Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31