Qədim xəritələrin elektron təqdimatı

AMEA Mərkəzi Elmi Kitabxanası  kitabxananın fondlarında mühafizə olunan “Qədim xəritələr kolleksiyasının (elektron) təqdimatı”nı keçirib. Olaylar.az bildirir ki, MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova xəritələrin təsnif edildiyi slayd üzərində çıxış edərək kitabxananın elektron bazasına 419 nüsxə xəritə daxil edildiyini, bunlardan 51-nin Azərbaycanla bağlı olduğunu və Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini bildirib. O, ilk yaranan xəritələr haqqında məlumat verərək onların səmaya və ulduzlara əsasən hazırlandığını bildirib. 

AMEA Mərkəzi Elmi Kitabxanası  kitabxananın fondlarında mühafizə olunan "Qədim xəritələr kolleksiyasının (elektron) təqdimatı"nı keçirib.

Olaylar.az bildirir ki, MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova xəritələrin təsnif edildiyi slayd üzərində çıxış edərək kitabxananın elektron bazasına 419 nüsxə xəritə daxil edildiyini, bunlardan 51-nin Azərbaycanla bağlı olduğunu və Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini bildirib. O, ilk yaranan xəritələr haqqında məlumat verərək onların səmaya və ulduzlara əsasən hazırlandığını bildirib. 

AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov, Bakı şəhəri 72 saylı orta məktəbin tarix müəllimi, təhsil eksperti Aydın Allahverdiyev təqdimatın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. 

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-i müzakirə meydançası adlandırıb. O, burada 1,5 milyona yaxın sənədin mühafizə olunduğunu və o sənədlərin içərisində tariximiz üçün faydalı olan öyrənilməmiş qiymətli mənbələrin olduğunu vurğulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31