Gündəm

Ana və 4 qızının qətli ilə bağlı ŞOK XƏBƏR: Ayrı-ayrı vaxtlarda öldürülüblər- YENİLƏNİB

8 Dekabr 2017 18:01

Salyanda 3 il əvvəl törədilən dəhşətli qətllə bağlı saxlanılan ata və oğul barəsində həbs-qətimkan tədbiri seçilib. Salyan rayon Məhkəməsinin qərarına əsasən, 5 nəfər ailə üzvünü qətlə yetirməkdə təqsirləndirilən 1954-cü il təvəllüdlü Fərhad Məhərrəm oğlu Əliyev və onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyev barəsində 4 aylıq həbs-qəti imkan tədbiri seçilib.

Mənşəyi məlum olmayan 150 kq at əti aşkarlandı

8 Dekabr 2017 17:49

Oğuzda mənşəyi gizlədilən ətin satışının qarşısı alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə Oğuz Rayon Polis Şöbəsinə qanunsuz at əti kəsimi ilə məşğul olan Vüqar Ziliyev barəsində məlumat daxil olub.

"Əl-Qaidə" ABŞ-ı hədələdi

8 Dekabr 2017 17:44

"Əl-Qaidə" terror təşkilatı ABŞ və İsraili təhdid edib.  ABŞ prezidenti Donlad Trampın Qüds (Yerusəlim) şəhərini İsrailin paytaxtı kimi tanımasından sonra "Əl-Qaidə" terror təşkilatı ABŞ, İsrail və müttəfiqlərinə qarşı təhdidlər yaymağa başlayıb.

Xəzərdə zəlzələ oldu

8 Dekabr 2017 17:43

Xəzər dənizində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilkin məlumatlara görə yerli vaxtla saat 16:37:59-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Maqnitudası 3.4, dərinliyi 60 km olan zəlzələ hiss edilməyib.

Pakistan-ABŞ müharibəsi başlaya bilər - Ordu rəhbərliyindən ƏMR

8 Dekabr 2017 17:41

Pakistan Hava Qüvvələrinin başçısı Sohail Aman ABŞ daxil olmaqla, ölkəsinin hava sahəsinə icazəsiz giriş edən bütün insansız təyyarələri vurmaq əmrini verib. Pakistan, xüsusilə, ABŞ-ın öz ərazisində insansız təyyarələrlə həyata keçirdiyi hücumları ölkənin suverenliyinin pozulması kimi qəbul edib. S.Aman paytaxt İslamabaddakı çıxışında bildirib ki, kiminsə Pakistanın hava sərhədlərinə müdaxilə etməsinə icazə verməyəcək: “Pakistan Hava Qüvvələrinə hava sahəmizə daxil olaraq suverenliyimizi, ərazi bütövlüyümüzü pozan bütün qüvvələrin təyyarələrini vurmaq əmri vermişəm”.

Nağılbazın keçmiş arvadı: "Əlimdə elə dəlillər var ki, Anarı bir saata bitirər"

8 Dekabr 2017 17:40

“Tiflisə göndərmişdik ki, oradan Praqaya keçsin. Lakin pulları kefə-damağa xərcləyərək, bir əxlaqsız qadından siflis xəstəliyinə yoluxdu. Buna görə Tiflisdə karantin edilərək həmən Praqaya yollamışdılar”.

Hüquq-mühafizə orqanlarının səhvi nəticəsində ictimai işlər alanlara dəymiş ziyan ödəniləcək

8 Dekabr 2017 17:35

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” qanunun 1-ci maddəsinə dəyişiklik təklif edilir.

TürkPA-nın yeni baş katibi seçildi

8 Dekabr 2017 17:32

Altınbek Mamayusupov Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) Şurasının baş katibi seçilib. Bu barədə qərar TürkPA Şurasının VII iclasında qəbul edilib. Bütün iştirakçılar A.Mamayusupovun namizədliyini dəstəkləyiblər.

Oğurluğu peşə seçənin qolları qandallanıb

8 Dekabr 2017 17:30

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da rayon ərazisindəki evlərin birindən 50 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.

Evdən pul və qızılı aparan ələ keçib

8 Dekabr 2017 17:28

Evlərdən oğrluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən 250 manat və qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sergey Nasinikov və Elçin Eldarov saxlanılıblar.

Kombi oğrusu saxlanıb

8 Dekabr 2017 17:27

Silsilə oğurluqda şübhəli bilinən Biləsuvar rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki evlərin birindən kombi aparatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Allahverdiyev saxlanılıb.

Piyada hadisə yerində ölüb

8 Dekabr 2017 17:26

Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 7-də saat 21 radələrində Binəqədi rayonu ərazisində Sumqayıt şəhər sakini Veysəl Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Avtoqəzada 1 nəfər ölüb, 2-si xəstəxanaya yerləşdirilib

8 Dekabr 2017 17:24

Beyləqan rayonunun Daşburun kəndində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 7-də saat 16 radələrində Beyləqan rayonunun Daşburun kəndində rayon sakini Adil Əliyevin idarə etdiyi “Mercedes” və Xocavənd rayon sakini Hüseynağa Cəbiyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

Parlamentdə “Silahlı Qüvvələri haqqında” Qanun müzakirə olunub

8 Dekabr 2017 17:23

Dekabrın 8-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib. “Olaylar” xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, iclasın gündəliyinə iki məsələ daxil edilib. Birinci məsələ Azərbaycan və Türkmənistan hökumətləri arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir.

Ermənistan sülh səylərini pozur

8 Dekabr 2017 17:22

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri şurasının 24-cü iclasında çıxış edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir bildirib ki, Ermənistan xarici işlər naziri və ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə saatlarla danışıqlar aparılıb:“Substantiv, nəticə yönümlü danışıqların bu kimi canlanması ehtiyatlı nikbinlik üçün səbəbdir. 16 oktyabr 2017-ci ildə Azərbaycan və Ermənistan Prezidentlərinin Cenevrə görüşü doğru istiqamətdə atılmış addım idi. Sözügedən görüş sübut etdi ki, substantiv danışıqların yenidən başlanması üçün ön şərtin irəli sürülməsi cəhdləri uğursuzluğa məhkumdur. Görüşün ardınca, Azərbaycan həmsədrlərlə birlikdə münaqişənin həlli istiqamətində Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdıracaq yolların tapılması məqsədilə substantiv məsələlərə diqqəti yönəldib. Buna baxmayaraq, regiondakı bəzi qüvvələrin qəbulolunmaz və qeyri-davamlı status-kvo vəziyyətinin dəyişdirilməsinə yönəlmiş zəruri siyasi addımlar atmaqda maraqlı olmaması ciddi narahatlıq doğurmaqda davam edir.