Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsini təsdiqlədi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Konstitusiya Məhkəməsi ABŞ ilə imzalanmış "TRIPP" (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) çərçivə sazişinin və "Tramp Sülh Şurası" nizamnaməsinin ölkə Konstitusiyasına uyğun olduğuna qərar verib. Bu qərardan sonra sənədlər ratifikasiya olunması üçün Ermənistan Milli Məclisinə təqdim ediləcək.

Vaşinqton və İrəvan arasında cari ilin iyun ayında imzalanmış bu razılaşma Ermənistanın Sünik vilayətindən keçən və Azərbaycanın Naxçıvanla quru əlaqəsini təmin edəcək strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihə tam olaraq Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcək.

Sazişə əsasən, Ermənistan ABŞ-yə marşrutun inkişafı üçün 99 ilədək eksklüziv hüquqlar verir. Dəhlizin idarə olunması üçün yaradılacaq şirkətdə ilkin mərhələdə ABŞ 74%, Ermənistan isə 26% paya sahib olacaq. "Tramp Marşrutu"nun tikintisinə 2027-ci ilin əvvəlində başlanılması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31