Gündəm

Elmar Məmmədyarov macarıstanlı həmkarı ilə görüşüb

8 Dekabr 2017 17:20

ATƏT -in Nazirlər Şurasının 24-cü iclasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın və siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub.

Elmar Məmmədyarov Finlandiya xarici işlər naziri ilə görüşüb

8 Dekabr 2017 17:19

Xarici işlər naziri Elmar Məmmədyarov Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 24-cü iclası çərçivəsində Finlandiya Respublikası xarici işlər naziri Timo Soini ilə görüşüb. “Olaylar” xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırki səviyyəsi nəzərdən keçirildi və əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinə toxunulub. Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

Bakıda 705 mindən çox insan məsuliyyətə cəlb edilib - SƏBƏB

8 Dekabr 2017 17:02

Piyadaların avtomobillərlə vurulması Bakı şəhəri üzrə bu il ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin 67 faizini təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq

8 Dekabr 2017 16:58

10 dekabr 2017-ci ildən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq. “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, yeni hərəkət cədvəlinə əsasən, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6018, 6020 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

Ümumtəhsil müəssisələrində Molla Pənah Vaqifin 300 illik yubileyi keçirilir

8 Dekabr 2017 16:58

Paytaxt məktəblərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil edilir. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində M.P.Vaqifin həyat və yaradıcılığına dair konfrans, “Dəyirmi masa”, mühazirə, ədəbi-bədii gecə, bədii qiraət və rəsm müsabiqələri keçirilir.

Kəşfiyyat: Şimali Koreya Milad bayramında raket sınağı keçirə bilər

8 Dekabr 2017 16:54

Şimali Koreya yaxın zamanlarda sualtı qayıqların ballistik raketinin sınaqlarını keçirə bilər. Cənubi Koreya kəşfiyyat qurumları Şimali Koreyada sınaq hazırlıqlarını müşahidə etdiklərini bildirib.

Qüdsü və İordan çayının qərb sahilini iğtişaşlar bürüdü

8 Dekabr 2017 16:49

Qüds və İordan çayının qərb sahilində iğtişaşlar başlayıb. Buna səbəb ABŞ prezidenti Donald Trampın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı elan etməsi olub. Əl-Aksa məscidində cümə namazından sonra etirazçılar meydanlara axışıblar. İsrail əsgərləri onlara qarşı gözyaşardıcı qazlardan istifadə edirlər.

Azərbaycan bu sahədən 5,5 milyard dollardan çox gəlir qazandı

8 Dekabr 2017 16:47

2016-cı ildə dünya bazarlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və dövlətin payına düşən 127,38 milyon barrel neft satılıb.  Bu barədə Azərbaycanın 2016-cı ildə hasilat sənayesində şəffaflıq haqqında yekun hesabatda deyilir. Satılan neftin ümumi məbləği 5,53 milyard dollar təşkil edib.

Bu malların gömrük rüsumu 10 dəfə artdı

8 Dekabr 2017 16:45

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən açılmağa yararlı barama qurdunun baraması, eşilməmiş xam ipək, pərakəndə satış üçün qablaşdırılmamış ipək sapa tətbiq edilən gömrük idxal rüsumları artırılacaq. 

Bakıda tələbənin dəhşətli taleyi - Futbola baxandan sonra öldü

8 Dekabr 2017 16:43

Bakıda tələbə oğlanın ölümü ilə nəticələnən hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb. Nizami rayonu, Çobanzadə küçəsində ailəsi ilə birgə yaşadığı mənzildə vəfat edən 1997-ci il təvəllüdlü Həsənov Tural Nəbi oğlunun meyiti vanna otağında aşkarlanıb. Onun dəm qazından boğulduğu məlum olub.

Qonşuları Könül Kərimovadan gileyləndi: "Kasıb olduğumuza görə toya çağırmadı"

8 Dekabr 2017 16:40

Müğənni Könül Kərimovanın qonşuları ondan gileylənib. Lent.az-ın məlumatına görə, " 5/5” verilişi ifaçının qonşularından müsahibə alıblar. Sakinlər bildiriblər ki, K.Kərimova qonşularını kasıb olduğuna görə toya çağırmayıb: "Biz kasıbıq deyə yəqin bizi dəvət etməyib. Onun qızının toyunda varlılar iştirak edib”. 

Müğənni Təranə Qumral həbs edilə bilər - "YATAQ DAVASI" BÖYÜDÜ

8 Dekabr 2017 16:36

Müğənni Təranə Qumral azadlıqdan məhrum edilə bilər. Bu barədə  müğənni Nazəninin vəkili Heyrat Qarayev xəbər verib: “Bakı Apelyasiya Məhkəməsinin 2 qətnaməsi mövcuddur. Hər iki qətnamədə qeyd olunur ki, İbrahimova Təranə Xeyrulla qızı Salayeva Nazəninə 500 manat pul ödəməlidir. Bundan başqa Nazənin xanımdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir.

Cocuq Mərcanlı məscidinin dini icması dövlət qeydiyyatına alınıb

8 Dekabr 2017 16:34

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) qeydiyyatdan keçmiş Cocuq Mərcanlı dini icmasına şəhadətnamə təqdim edilib. DQİDK-dən verilən məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı erməni işğalçılarına qarşı cəbhənin ön səngəri olan Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə danışaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən kənddə Şuşa məscidinin bənzəri olan məscidin inşasının ictimai, siyasi, mənəvi və ideoloji baxımdan böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Sürücülərin nəzərinə: Bu yollar donacaq

8 Dekabr 2017 16:30

Şimal bölgəsinə qarın yağması ilə əlaqədar Quba rayonunun dağlıq kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşib.  Azəravtoyol ASC-nin yerli idarəsinin canlı qüvvəsi və texnikaları Quba-İspik-Xınalıq və digər istiqamətlərdə yolları qardan təmizləsə də, sürücülər ehtiyatlı olmalıdırlar. Xüsusilə axşam saatlarında dağlıq ərazilərdəki yollardan mümkün qədər istifadə etməmək tövsiyə olunur. Saat 17:00-dan sonra bu yollarda donma müşahidə edilir.

Los Anceles din xadimləri: “Azərbaycan multikulturalizmi bütün dünyaya örnəkdir”

8 Dekabr 2017 16:28

Kaliforniyanın Los Anceles şəhərinin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində Azərbaycanın multikulturalizm, müxtəliflik və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.