Xatya Dekanoidze: "İvanişvili müxalifət partiyalarını qadağan etməyə cürət etmir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyasının liderlərindən olan Xatya Dekanoidze parlamentdəki səsverməni və hakimiyyətin müxalifətə qarşı addımlarını kəskin tənqid edib. O, "Gürcü Arzusu" və "Xalqın Gücü" partiyalarından olan 16 deputatın yürüş və nümayişlərlə bağlı qanunvericilik təşəbbüsünə dəstək verməsini prinsipiallıq deyil, sadəcə Bidzina İvanişvili və ətrafından gələn tapşırıqların avtomatik icrası kimi qiymətləndirib.

Dekanoidzenin sözlərinə görə, hakimiyyətin müxalifət partiyalarını qadağan etmək hədələrinə baxmayaraq, İvanişvili qorxu səbəbindən bu addımı sona qədər atmağa cürət etmir və prosesi uzatmağa çalışır. Siyasətçi vurğulayıb ki, ABŞ və Ağ Ev üçün siyasi partiyaların ləğvi və siyasətçilərin həbsi "qırmızı xətt" hesab olunur. Dekanoidze əlavə edib ki, Konstitusiya Məhkəməsi hakimiyyətin təsiri altında olsa və partiyalar kağız üzərində qadağan edilsə belə, bu, Gürcüstan vətəndaşlarının azad, demokratik və Avropayönümlü ölkə ideyası ətrafında birləşməsinə mane ola bilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31