Gündəm
“Bu Azərbaycanda siyasi hakimiyyətin cəmiyyət içində legitimliyinin nəticəsidir”
ING maliyyə holdinqinin (Niderland) tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycanda aparılan sorğunun nəticələrinə görə, vətəndaşların 81%-i hökumətə etibar edir.
KİV: "Movses Hakobyan vəzifəsindən azad oluna bilər"
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Hakobyan yaxın gələcəkdə istefa verə bilər, buna səbəb isə onun hakimiyyətdəkilərin tələblərinə cavab verə bilməməsidir.
"Azərbaycan torpaqları azad olunmalıdır" - Sudanın yeni səfiri İlham Əliyevə belə deyib
Azərbaycan Prezidenti İlham Əliyev Bu gün Sudanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallayın etimadnaməsini qəbul edib. Səfir Abbas Mustafa Əhməd Abdallay fəxri qarovul dəstəsinin qarşısından keçib. Abbas Mustafa Əhməd Abdallay etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
İlham Əliyev Xarici Kəşfiyyatla bağlı sərəncam imzaladı
“Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsinə dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
“Lenini dəfni və Putinin hakimiyyətdən gedişindən sonra...” - PROQNOZ
“Vladimir Putin sovet dəyərləri ilə tərbiyə olunub və Rusiyanın böyüklüyünü qaytarmaq üçün öz xarici siyasətində SSRİ-nin taktikasından istifadə edir”. Bu haqda “The Washington Times” nəşrinin əməkdaşı Tudd Vud yazıb.Onun sözlərinə görə, prezident Putin hakimiyyətdə olduğu müddətdə ölkədə ciddi dəyişikliklər baş verməyəcək.
Kabildə bazarda PARTLAYIŞ - Ölən və yaralananlar var
Əfqanıstanın paytaxtı Kabildə partlayış olub. Məlumata görə, yerli telekanal partlayış nəticəsində azı 2 nəfərin öldüyü, daha 6 nəfərin xəsarət alması barədə xəbər yayıb. Məlumata görə, partlayıcı qurğu paytaxt bazarlarından birində partlayıb.
Qahirəni yenə nümayiş bürüdü - Bu dəfə niyə?
Yüzlərlə adam bu gün Qahirədə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə etiraz olaraq dinc nümayişə çıxıb. Məlumata görə, nümayiş cümə namazından sonra "Əl-Əzhər" məscidi önündə başlayıb. Etirazçılar Qüdsün nə qərbə, nə şərqə aid olmadığını, ərəblərə məxsus olduğunu şüar kimi səsləndirirlər.
Azərbaycanda fikir, söz və məlumat azadlığı üçün həm hüquqi baza, həm də şərait var
Medianın, kütləvi informasiya vasitələrinin cəmiyyətdə rolu, yeri əvəzedilməzdir. Onlar cəmiyyəti ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə xəbərdar edir, məlumatlandırır. Media cəmiyyəti, dövləti, onun ayrı-ayrı qurumlarını, hakimiyyəti hər hansı bir problemə, onun həllinə də istiqamətləndirə bilir. Əksər hallarda məhz medianın, kütləvi informasiya vasitələrinin, mətbuatın rolu, xidmətləri sayəsində cəmiyyəti narahat edən həmin problem həllini də tapır, qısa zamanda yoluna qoyulur. Elə bu baxımdan media, kütləvi informasiya vasitələri, mətbuat haqlı olaraq dördüncü hakimiyyət sayılır. Ona bir qayda olaraq hörmət edilir, onun təqdim etdiyi, ictimailəşdirdiyi məsələlər, problemlər ciddiyə alınır.
Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Bakı-Tehran aviareysi ilə getmək istəyən İran vətəndaşının çantası rentgen aparatından keçirilərkən çantada olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb.Vətəndaşın çantası təkrar yoxlanılıb və çantanın içərisində olan şəxsi əşyaların arasındakı qabda - üzərində "APO 0.5" yazılmış çəhrayı rəngli 15 ədəd həb, üzərində "M 40" yazılmış qəhvəyi rəngli 8 ədəd həb və ağ rəngli 4 ədəd həb aşkar edilib.Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən çəhrayı rəngli 15 ədəd həb təsir maddəsi alprazolam, qəhvəyi rəngli 8 ədəd həb təsir maddəsi metadon, ağ rəngli 4 ədəd həb isə təsir maddəsi sertralin (asentra) olan dərman preparatlarıdır.
Külli miqdarda xarici valyutanın ölkədən qanunsuz çıxarılmasının qarşısı alınıb
Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, İdarənin Sərnişin şöbəsində Azərbaycandan İrana piyada yolla getmək istəyən Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Deputat: “Gender əsaslı zorakılığı aradan qaldırılması üçün bütün səylər birləşdirilməlidir”.
"Uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsinə dair hüquqları qanunla təsbit olunub. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” və bu qəbildən olan bir çox mühüm hüquqi sənədlər uşaqların ayrı-seçkiliyə məruz qalmasının qarşısını almaq məqsədi daşıyır”.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş voleybol üzrə turnirə yekun vurulub
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş voleybol üzrə turnir keçirilib. 4-7 dekabr 2017-ci il tarixdə keçirilən voleybol üzrə turnir təhsil müəssisələrinin idman klubları arasında təşkil edilib. Turnirdə 10 voleybol komandası iştirak edib.
Azərbaycan vətəndaşları hökumətə etibar edir
Xəbər verildiyi kimi, Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb. Sorğunun nəticələrinə əsasən, rəyi soruşulan Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis (MM) isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.
Azərbaycan-Belarus işgüzar görüşü keçirilib
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakəda Azərbaycan-Belarus işgüzar görüşü keçirilib. Tədbirdə Azərbaycan və Belarusdan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, əczaçılıq, İKT, konsaltinq, logistika və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, AZPROMO-nun prezidenti Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Belarus iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.
İqtisadiyyatın perspektivli sahələrinin inkişafı diqqət mərkəzindədir
“İqtisadiyyatın perspektivli sahələrinin inkişafı diqqət mərkəzindədir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri millət vəkili Eldəniz Səlimov səsləndirib. O, bildirib ki, Azərbaycan üçün qeyri-neft iqtisadiyyatının belə perspektivli istiqamətlərindən biri aqrar sektordur: “Respublikamızda yeni dünya çağırışlarına uyğun olaraq aqrar sektorun inkişaf etdirilməsi reallığa və ölkənin güclü iqtisadi potensialına əsaslanır. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir.














