Gündəm

Göyçayda sahibkarlara güzəştli kredit verilib

8 Dekabr 2017 16:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu dekabrın 7-də Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində keçirib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Forum çərçivəsində Fond tərəfindən Göyçay rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrin maliyyələşdirilməsi, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq, istixana, quşçuluq və çəltikçilik təsərrüfatlarının, meyvəqurutma müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

1859 sahibkara güzəştli kredit verilib

8 Dekabr 2017 15:59

2017-ci ilin ötən dövrü ərzində 1850-dək sahibkarlıq subyektinin ümumi dəyəri 500 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 121,7 milyon manat güzəştli kredit verilib. “Olaylar” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.

Əhalinin hökumətdən razılığını şərtləndirən amillər

8 Dekabr 2017 15:57

Azərbaycanda son illərdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət ölkənin hərtərəfli inkişaf etməsi ilə yanaşı əhalinin də həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluq və işsizlik səviyyəsinin minimum hədd enməsinə təsir göstərir. Cari ilin 9 ayının sosial-iqtisadi göstəriciləri və əldə edilən nəticələr, eləcə də növbəti il üçün olan proqnozlar da bu faktı bir daha təsdiqləyir.

Diz ağrılarınız tamamilə keçəcək – LİMON QABIĞINDAN MÖCÜZƏVİ RESEPT

8 Dekabr 2017 15:54

Limonun faydaları saymaqla bitmir. Bəs təbiətin möcüzəsi limonun suyunu sıxıb qabığını atırsınız? Limon qabığının tərkibindəki C vitamini, kalsium, potasium və lif limon suyundan 5-10 qat daha zəngindir. Eyni zamanda qabığının içində limon yağı, faydalı turşular və pektin var.

Yol qəzasında 5 nəfər ölüb, 14-ü yaralanıb

8 Dekabr 2017 15:53

Dekabrın 7-də Azərbaycanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “olaylar”a məlumat verilib. Məlumatda bildirilib ki, həmin hadisələr nəticəsində 5 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.

DİN Sumqayıtda baş verən ağır qəza ilə bağlı məlumat yaydı

8 Dekabr 2017 15:51

Daxili İşlər Nazirliyi Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. “Olaylar” DİN-ə istinadən xəbər verir ki, dekabrın 7-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Əsgər Xanəhmədov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun hərəkət hissəsində olan inəyi vurub.

Bahar Muradova: “Azərbaycanda qəbul olunan qanunlarda hüquqların bərabərliyi əsas götürülüb”

8 Dekabr 2017 15:50

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları müəyyən istisnalarla ölkə vətəndaşlarının hüquqları kimi qorunur və bu hüquqlar qanunla müəyyən edilir.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

8 Dekabr 2017 15:44

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Yanko Yankiev və Rumıniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Dan İanku arasında görüşlər keçirilib.

Danimarkada Azərbaycan Evi bağlandı

8 Dekabr 2017 15:42

Danimarkada fəaliyyət göstərən və bu ölkədə yaşayan azəbaycanlıların yeganə yığışdığı məkan olan Danimarka Azərbaycan Evi maliyyə çatışmamazlığı səbəbindən bağlanıb. Bu barədə məlumatı “OLAYLAR”-a Danimarka Azərbaycan Evinin rəhbəri Səfər Sadiqi verib. O, bildirib ki, Azərbaycan Evi bir müddət əvvəldən fəaliyyətini dayandırmışdı: “Hər dəfə ümid edirdik ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yenidən açılacaq. Azərbaycan Evinin daimi sakinlərinə çevrilən körpələrimizin suallarına ümidlə cavab verib onlarda inam yaratmağa çalışırdıq. Ancaq reallıq odur ki, Azərbaycan Evi artıq bir tarixə dönüb, xatirələrdə qaldı”.

Oqtay Əsədov İsmayıl Qəhrəmanla görüşüb

8 Dekabr 2017 15:39

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün Qırğızıstana gedib. MM-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, elə həmin gün səfər çərçivəsində O. Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri İsmayıl Qəhrəmanla görüşüb. Görüşdə Azərbaycan Milli Məclisi ilə TBMM arasında əlaqələrin daha da dərinləşdirilməsi, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanları müzakirə edilib

8 Dekabr 2017 15:38

Dekabrın 8-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

Afaq: “Bu şəkillərim bir çox kişilərin nəfəsini kəsəcək”

8 Dekabr 2017 15:33

Azərbaycanlı müğənni Afaq Aslan növbəti dəfə səs-küyə səbəb olacaq fotosessiya etdirib. Müğənni bildirib ki, bu şəkillər yeni həyata keçirəcəyi layihə üçündür: "Mən hər zaman demişəm ki, gözəl olmayan qadın yoxdur. Sadəcə baxımsız qadın var. Mən özümü çox cazibədar qadın sayıram. Məsələn, mən Afaqın bu şəkillərim bir çox kişilərin nəfəsin kəsəcək. Bu şəkillərə görə məni tənqid edənlər çox olacaq.

Alimlər tapdı: Dinlər yaranmamışdan qabaq insanları nə birləşdirirdi? - ARAŞDIRMA

8 Dekabr 2017 15:28

Tarixə qədərki epoxada yad insanlar bir-biri ilə münasibət qurarkən nəyə əsaslanırdılar? Onlar hansı dünyabaxış və təsəvvürləri bölüşürdülər? Antropoloqlar bunun ayrı-ayrı əhvalatlar olduğu fikrinə gəliblər.

Nazir qohumuna ərə gedən Aygün üçün ev qiymətinə gəlinlik

8 Dekabr 2017 15:27

Əməkdar artist Aygün Bəylərin toy hazırlığı davam edir. Sənətçinin gəlinliyi Türkiyədə sifariş olunub. Müğənninin donunu Türkiyənin məşhur stilistlərindən biri hazırlayır. Ağ gəlinlik üçün Aygün Bəylərin həyat yoldaşı 30 min ABŞ dolları ödəyib.