Turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Yanko Yankiev və Rumıniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Dan İanku arasında görüşlər keçirilib.
8 Dekabr 2017 15:44 SosialMədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Yanko Yankiev və Rumıniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Dan İanku arasında görüşlər keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə görüşdə hər iki ölkə ilə Azərbaycan arasında turizm sahəsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı turist axını insanlararası kontakt, qarşılıqlı məlumatlılıq, anlaşma və dialoqun əlverişli vasitəsi, xalqların sosial rifahına töhfə kimi qiymətləndirilib. Nazir müavini turizm sahəsinin qeyri-neft sektoru kimi inkişaf etdirilməsi və Azərbaycana gələn turistlərin sayının artırılması məqsədi ilə ölkəmizdə aparılan islahatlar barədə məlumat verib.