Danimarkada Azərbaycan Evi bağlandı

Danimarkada fəaliyyət göstərən və bu ölkədə yaşayan azəbaycanlıların yeganə yığışdığı məkan olan Danimarka Azərbaycan Evi maliyyə çatışmamazlığı səbəbindən bağlanıb. Bu barədə məlumatı “OLAYLAR”-a Danimarka Azərbaycan Evinin rəhbəri Səfər Sadiqi verib. O, bildirib ki, Azərbaycan Evi bir müddət əvvəldən fəaliyyətini dayandırmışdı: “Hər dəfə ümid edirdik ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yenidən açılacaq. Azərbaycan Evinin daimi sakinlərinə çevrilən körpələrimizin suallarına ümidlə cavab verib onlarda inam yaratmağa çalışırdıq. Ancaq reallıq odur ki, Azərbaycan Evi artıq bir tarixə dönüb, xatirələrdə qaldı”.

Danimarkada fəaliyyət göstərən və bu ölkədə yaşayan azəbaycanlıların yeganə yığışdığı məkan olan Danimarka Azərbaycan Evi maliyyə çatışmamazlığı səbəbindən bağlanıb. Bu barədə məlumatı "OLAYLAR"-a Danimarka Azərbaycan Evinin rəhbəri Səfər Sadiqi verib. O, bildirib ki, Azərbaycan Evi bir müddət əvvəldən fəaliyyətini dayandırmışdı: "Hər dəfə ümid edirdik ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yenidən açılacaq. Azərbaycan Evinin daimi sakinlərinə çevrilən körpələrimizin suallarına ümidlə cavab verib onlarda inam yaratmağa çalışırdıq. Ancaq reallıq odur ki, Azərbaycan Evi artıq bir tarixə dönüb, xatirələrdə qaldı".

Qeyd edək ki, Səfər Sadiqinin rəhbərlik etdiyi Danimarka Azərbaycan Evi bu ölkədəki Ermənistan səfirliyi və iki güclü erməni cəmiyyətləri " Ararat " və " Danimarka Ermənistan Dostluq Cəmiyyətinə" qarşı ugurla mübarizə aparıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31