Gündəm
Lavrovdan Qarabağ AÇIQLAMASI: “Münaqişənin həlli ilə bağlı prinsipləri təsdiqlədik”
“Qəbul etdiyimiz bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həllinin əsaslanmalı olduğu prinsiplərini təsdiqlədik”. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. Lavrov qeyd edib ki, bəyanat digər həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə qəbul edilib.
İşğal altında olan ərazilərdəki tarixi-mədəni abidələri özününküləşdirmə siyasəti
Ermənistanın Azərbaycan ərazilərini işğala məruz qoyması nəticəsində yüzlərlə mədəni-tarixi abidələr, eləcə də məscid və digər ibadət məkanları erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb. Bu kimi tarixi-mədəni abidələr ya yer üzündən silinməyə çalışılıb, ya da həmin abidələrin erməniləşdirilməsi istiqamətində ciddi cəhdlərdə bulunub. Xüsusilə, ermənilər Şuşada bu istiqamətdə ciddi cəhdlə çalışmaqdadırlar.
Hökumət Bakıdakı bu idarənin xidməti maşınlarını əlindən aldı
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xidməti avtomobillərdən (3 ədəd) istifadəsinə xitam verilib. Bu barədə baş nazir Artur Rasizadə tərəfindən imzalanan qərarda bildirilir.
Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Əvvəlcə ulu öndərin universitet foyesindəki büstü önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra anım mərasimi BDU-nun Heydər Əliyev Mərkəzində davam etdirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi tarixi xidmətlərindən, Azərbaycan elm-təhsilinə, o cümlədən Bakı Dövlət Universitetinə qayğısından bəhs edib. Ümummilli liderin Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu olduğunu vurğulayan rektor universitetin yubileylərinin keçirilməsinə göstərdiyi diqqəti xüsusi ilə qeyd edib.
Azərbaycanlı “krallar” ikinci nəhəng bazanı tikir: 33 hektar torpaq aldılar...
Moskvanın daşınmaz əmlak kralları, “Kiyevskaya ploşad” şirkətinin sahibləri, Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarah İliyev Rusiya paytaxtında daha bir nəhəng topdansatış ərzaq bazası tikməyə hazırlaşır. Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, biznesmenlər bu məqsədlə Moskva ətrafındakı Ximki rayonunda 33 hektar torpaq sahəsi alıblar. Sövdələşmə 3 milyard rubl həcmində dəyərləndirilir.
Tramp Qüdsü milyonlar hesabına paytaxt elan edib?
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi siyasi qalmaqallara səbəb olub. Ağ Ev rəhbərinin qalmaqallı addımı ilə dünyanı silkələdiyi bir vaxtda "New York Times" qəzetində sensasiyalı bir məqalə nəşr edilib. Qəzetin yazdığına görə, Trampın bu qərarında daxili siyasətdə onu dəstəkləyən qruplaşmanın əli var. Belə ki, seçkilər ərəfəsində yəhudi lobbisinə arxalanan gələcək prezident lobbi rəhbərlərinə Qüdsün paytaxt olacağını vəd edib.
Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Biləsuvar rayonunun Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Biləsuvarda “Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında İKT-nin rolu” adlı interaktiv tədbir keçirilib. Olaylar.az bildirir ki, təbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı Mahir Quliyev, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev, əməkdaşları Elnarə Hacıyeva, Afaq Ağayeva, Aygün Balabəyova, Pərvanə Hüseynova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov çıxış ediblər.
Sən demə, kişilərin qadınlardan daha tez ölməsinin səbəbi BU İMİŞ - ALİMDƏN XƏBƏRDARLIQ
Qadınlar kişilərdən daha uzunömürlü olur. Bunu ölkələrin orta yaş statistik göstəriciləri də təsdiq edir. Bəs qadınların uzunömürlü olmasının səbəbi nədir? Bununla bağlı müxtəlif fikirlər və versiyalar səsləndirilir. Türkiyəli alim, daxili xəstəliklər üzrə həkim və kardioloq Canan Karatay kişilərin daha az yaşamasının səbəblərini açıqlayıb.
Avropa Liqasında səbətlər dəqiqləşdi
Avropa Liqasında 1/16 final mərhələsinin bütün iştirakçıları bəlli olub. Turnirin qrup mərhələsində ilk iki yeri tutan 24 komanda və Çempionlar Liqasının qrup üçüncüsü olan 8 klub gələn il mübarizəni davam etdirəcək. Bu 32 komanda dekabrın 11-də keçiriləcək püşkatmada iki səbətdə yer alacaq. Avropa Liqasının qrup qalibləri səpələnmiş, ikinciləri səpələnməmiş olacaq. Çempionlar Liqasından gələn komandalardan 4-ü səpələnmiş, 4-ü səpələnməmişlər sırasında yer alacaq. Bu klubların bölgüsü onların qrupda göstərdiyi nəticəyə əsasən aparılıb. Dekabrın 11-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
"Xarici dairələr həmişə Azərbaycanda Leyla Yunuslar yetişdirməyə çalışıb"
Xarici dairələr həmişə Azərbaycanda Leyla Yunuslar yetişdirməyə çalışıb. Bunu Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu gün "Leyla Yunusun parlaqlığı və səfaləti" adlı kitabın təqdimatında deyib.
"Leyla Yunusun Azərbaycanın imicinə zərbə vurmasının şahidi olmuşam"
Təxminən 1 il 6 aya yaxın hüquqlarını müdafiə etdiyim Leyla Yunusun ermənipərəst və antiazərbaycan qüvvələrinin əlində alət olaraq Azərbaycan dövlətinin imicinə, müstəqilliyinə zərbə vurmaqla məşğul olmasının canlı şahidi olmuşam.
Tramp Mahmud Abbası Ağ Evə dəvət etdi
ABŞ Prezidenti Donald Tramp Fələstinin rəhbəri Mahmud Abbası Ağ Evə dəvət edib. D.Tramp Fəsləstin rəhbərinə dəvətini telefon danışığı zamanı səsləndirib. Hələlik görüşün baş tutub-tutmayacağı barədə məlumat verilməyib. Eyni zamanda, ABŞ-ın vitse-prezidenti Maykl Pensin Fələstinə səfəri baş tutmayıb. Fələstin rəhbərliyi M.Pensi qəbul etməkdən imtina edib.
"Leyla Yunusun parlaqlığı və səfaləti" kitabının təqdimatı olub
Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qənbərovun Leyla Yunusun məhbəs həyatı barədə "Leyla Yunusun parlaqlığı və səfaləti" adlı Azərbaycan, rus, ingilis və fransız dillərində kitabın təqdimatı keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri, ictimai xadimlər və digər qonaqlar iştirak ediblər. Təqdimatda çıxış edənlər Leyla Yunusun Azərbaycan əleyhinə apardığı işlərdən, satqınçılığından danışıblar.
Deputat: "Leyla Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər"
Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qənbərovun Leyla Yunusun məhbəs həyatı barəsində "Leyla Yunusun parlaqlığı və səfaləti" adlı Azərbaycan, rus, ingilis və fransız dillərində işıq üzü görən kitabının təqdimatı keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri, ictimai xadimlər və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən millət vəkili Elşən Musayev bildirib ki, L.Yunus hər zaman Azərbaycana qarşı satqınlıqla məşğul olub.
Ölən sevgilisi ilə cinsi əlaqədə oldu: "Ümid edirdim ki, bəlkə ayılar"
Amerikada qəribə hadisə baş verib. Amerikada Aaron Graser adlı 39 yaşlı kişi ölü sevgilisi ilə cinsi əlaqədə olub. O, sevgilisinin diriləcəyini zənn edib buna görə də onun əl-qolunu bağlayaraq cinsi əlaqəyə girib. Sevgilisinin ayılmadığını görən şəxs xəstəxanada işləyən qonşusunu çağırıb. Bir müddət sonra hadisə yerinə polislər də gəlib. Polis kişidən qadının qolundakı kəndir izlərini soruşduqda o, sevgilisi ilə cinsi əlaqədə olduğunu söyləyib.














