Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Əvvəlcə ulu öndərin universitet foyesindəki büstü önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra anım mərasimi BDU-nun Heydər Əliyev Mərkəzində davam etdirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi tarixi xidmətlərindən, Azərbaycan elm-təhsilinə, o cümlədən Bakı Dövlət Universitetinə qayğısından bəhs edib. Ümummilli liderin Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu olduğunu vurğulayan rektor universitetin yubileylərinin keçirilməsinə göstərdiyi diqqəti xüsusi ilə qeyd edib.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov və Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış ediblər. Çıxışçılar dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycan tarixindəki önəmli siyasətindən, reallaşdırdığı layihələrdən və Prezident İlham Əliyevin həmin siyasətin uğurlu davamçısı olmasından bəhs ediblər.

Sonda BDU-nun Jurnalistika fakültəsi tələbələrinin ümummilli liderə həsr olunmuş video-çarxı nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31