Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Biləsuvar rayonunun Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Biləsuvarda “Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında İKT-nin rolu” adlı interaktiv tədbir keçirilib. Olaylar.az bildirir ki, təbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı Mahir Quliyev, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev, əməkdaşları Elnarə Hacıyeva, Afaq Ağayeva, Aygün Balabəyova, Pərvanə Hüseynova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov çıxış ediblər.
8 Dekabr 2017 14:23 SosialAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Biləsuvar rayonunun Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Biləsuvarda "Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında İKT-nin rolu" adlı interaktiv tədbir keçirilib.
Olaylar.az bildirir ki, təbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı Mahir Quliyev, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev, əməkdaşları Elnarə Hacıyeva, Afaq Ağayeva, Aygün Balabəyova, Pərvanə Hüseynova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov çıxış ediblər.
Mədəniyyət işçiləri Qarabağ ərazisinin və Qarabağla bağlı olan bütün mədəniyyət nümunələrinin məhz Azərbaycan xalqına və Azərbaycan tarixinə aid olduğunu sübut edilməsində, bu mürəkkəb mövzunun dünya ictimaiyyətinə populyar, müasir və əlçatan şəkildə çatdırılmasında aktiv olmasına çağırmışlar.
Daha sonra xalq çalğı alətləri ansamblının ifasında "Qarabağ şikəstəsi" səsləndirilib.