Gündəm
Bakirə “çıxmayan” gəlinə qarşı ər və qayınanadan şok hərəkət — Şəkidə dəhşətli hadisə
Yeni ailə quran gənc qıza qarşı dəhşətli işgəncə verməkdə ittiham olunan Şəki şəhər sakinləri — 1990-cı il təvəllüdlü Vazeh Musayev və onun anası, 1960-cı il təvəllüdlü Aybəniz Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Vazeh Musayev mütəmadi olaraq həyat yoldaşı Tünzalə Musayevanı döymək və digər zorakı hərəkətlər etmək məqsədilə anası Aybəniz Musayeva ilə əlbir olub.
Ermənistanın sabiq baş naziri qumarda 20 milyon dollar uduzub
Ermənistanın sabiq baş naziri Ovik Abramyan kazinoda 20 milyon dollar uduzub. Abramyanın qumar oyunlarına sevdası Ermənistanda çoxdan bəllidir. Uzun illər ərzində siyasətçi qumarda sərvət uduzub.
ATƏT-in Nazirlər Şurasının Vyana toplantısı, həmsədrlərin ənənəvi açıqlamaları...
Görünən odur ki, 2017-ci il də Dağlıq Qarabağ proibleminin həlli istiqamətində hər hansı bir müsbət dəyişikliyin baş vermədiyi il kimi yadda qalmaqdadır. Buna səbəb isə birmənalı olaraq münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupuna üzv ölkələrin. eləcə də həmin qrupda təmsil olunan həmsədrlərin uğursuz fəaliyyətidir. Və bir çox hallarda münaqişənin həllinə həm həmsədr dövlətlər, həm də onların təmsilçilərinin qeyri-obyektiv, qərəzli yanaşmasıdır. Baxmayaraq ki, dildə dövlətlərin və ölkələrin ərazi bütövlüyünün təmin olunmasının vacibliyini qeyd edirlər.
"Real" yeni futbolçu gətirir
Qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdıran İspaniyanın "Real" klubu "Çelsi"inin ulduzunu transfer siyahısına daxil edib. Madrid klubu Eden Azarı heyətinə qatmaq niyyətindədir. E.Azarın da “Real”da oynamaq istəyi olduğuna görə baş məşqçi Zinəddin Zidan və prezident Florentina Perez danışıqlara başlayıb. Tərəflər ilkin razılıq da əldə edib. İspaniya La Liqasında uğurla irəliləyən “Real”ın “Çelsi”yə rəsmi təklif göndərəcəyi gözlənilir.
Araq Filadelfiyanı "iflic etdi"
ABŞ-ın Filadelfiya şəhərində araq daşıyan yük maşını aşıb. Məlumata görə, hadisə nəticəsində sürücü yüngül xəsarətlər alıb. Qəza yolun hərəkətli hissəsində baş verdiyi üçün hərəkət uzun müddət dayanıb. Maşında olan araq yola dağılıb.
Məktəb "zibilin" oduna düşdü - 700 adam təxliyə olundu
Moskvada məktəblərin birində yanğınla əlaqədar 730 nəfər təxliyə olunub. Səhər saatlarında məktəb binası yaxınlığında zibil qalağı yanmağa başlayıb.
Qəribə fətva: ər arvadını internetlə boşaya bilər
Kişi ilə qadın arasında dini nikah telefon, məktub, mesaj və internet vasitəsilə pozula bilər. Bu barədə Türkiyə Dəyanət Vəqfi Dini İşlər İdarəsi məlumat yayıb. Məlumatda qeyd olunub ki, virtual boşanma üz-üzə boşanma kimi etibarlıdır: "Kişi boşanmaq istədiyini sonradan inkar etməmilidir. Bundan əlavə şəxs məktub və ya mesajın həyat yoldaşından gəldiyindən əmin olmalıdır".
Film çəkilişinə qadağa qoydu - "Mançester Yunayted"dən “Siti” ilə bağlı sərt qərar
"Mançester Yunayted" rəhbərliyi "Mançester Siti" ilə bağlı çəkilən filmə qadağa tətbiq edib. Filmi "Amazon Prime" kompaniyası çəkir. Kompaniya bəzi epizodları dekabrın 10-da "Old Trafford"da keçiriləcək Mançester derbisi zamanı lentə almaq niyyətindəymiş.
Duman, çiskin olacaq, şaxta gözlənilir
Bakı və Abşeron yarımadasında dekabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Obama: "Amerikada demokratiyaya təhlükə var"
ABŞ-ın keçmiş prezidenti Barak Obama Amerikada demokratiyanın kövrək hala gəlməsi və millətçiliyin gülənməsi barədə xəbərdarlıqla çıxış edib. Məlumata görə, bu barədə “Crain's Chicago Bussiness” yazıb. B. Obama ölkədəki durumu 1930-cu illərin Almaniyas ilə müqayisə edib: “Həmin vaxt Veymar Respublikasında demokratiyaya, çoxəsrlik mədəni və elmi nailiyyətlərə baxmayaraq, Adolf Hitler ortaya çıxdı. Üçüncü Reyxin dövründə Almaniyada 60 milyon adam öldü. Buna diqqət etmək lazıdır”.
Yeri məhv edəcək 5 kosmik təhlükə - Siyahı
Alimlər kosmosdan Yer üzünə gələn əsas 5 təhlükənin adını açıqlayıb. Bu barədə informasiyanı “Theconversation.com” saytı yayıb. Ekspertlərin fikirlərinə əsaslanaraq hazırlanan materialda kosmosdan Yer üzünə gələn əsas təhlükə kimi Günəş göstərilib. Burada baş verən partlayışların bizim planetə mənfi təsir göstərdiyini iddia edən sayt Günəşdəki ani dəyişikliyin Yeri yox edə biləcəyini bildirib. Yerə ikinci ən böyük təhdid kimi Andromeda qalaktikası göstərilib. Ekspertlərin fikrincə, 5 milyard il sonra bu qalaktika Yerin də yerləşdiyi Süd yolu kəhkəşahanını uda bilər.
Medvedyevdən azərbaycanlılara da təsir edəcək qərar
Gələn il Rusiya ölkədə çalışan xarici dövlətlərin vətəndaşlarının sayını azaldacaq. Bu barədə əmri Rusiya Baş naziri Dmitri Medvedyev imzalayıb. Əmrə əsasən, xarici işçilərin sayı 140,423 nəfər və ya keçən ilə nisbətdə 20% azalacaq. Belə bir addımın atılmasına əsas səbəb kimi ölkədəki tələbatın azalması göstərilib.
İŞİD neftini bu məşhur şirkət alırmış - Şok
Paris məhkəməsi tikinti materiallarının istehsalı ilə məşğul olan “Lafarge” korporasiyasının keçmiş baş direktoru Erik Olseni Suriyada terrorizmi maliyyələşdirməkdə ittiham edib. Bu barədə informasiyanı “Frans Press” agentliyi yayıb. Olsenin 2013-2014-cü illərdə terrorizmi maliyyələşdirdiyi iddia edilir. O, artıq həbs olunub.
Ərəb sərmayəsi Türkiyəyə axın edəcək – Bəhreyn
Körfəz Əməkdaşlıq Şurasında qeyri-sabitlik hökm sürdükcə, ərəb sərmayəsi Türkiyəyə axına davam edəcək. Bu barədə Bəhreyn İslami Bankının rəhbəri Hassan Cərrar danışıb. Onun sözlərinə görə, ərəb sərmayəsi daha çox Türkiyənin daşınmaz əmlak və turizm sektoruna maliyyə yatıracaq.
Tanrı qüdrətli deyil?
“Qüdrətlilik paradoksu”ndan danışacağıq... Əvvəlcə gəlin görək, ümumiyyətlə, “paradoks” nədir? Paradoks – məntiq elmində çox istifadə edilən anlayışlardan biridir. Yunan dilində tərcümədə “qəribə”mənasını verir.














