İŞİD neftini bu məşhur şirkət alırmış - Şok
Paris məhkəməsi tikinti materiallarının istehsalı ilə məşğul olan “Lafarge” korporasiyasının keçmiş baş direktoru Erik Olseni Suriyada terrorizmi maliyyələşdirməkdə ittiham edib. Bu barədə informasiyanı “Frans Press” agentliyi yayıb. Olsenin 2013-2014-cü illərdə terrorizmi maliyyələşdirdiyi iddia edilir. O, artıq həbs olunub.
8 Dekabr 2017 13:15 DünyaParis məhkəməsi tikinti materiallarının istehsalı ilə məşğul olan "Lafarge" korporasiyasının keçmiş baş direktoru Erik Olseni Suriyada terrorizmi maliyyələşdirməkdə ittiham edib. Bu barədə informasiyanı "Frans Press" agentliyi yayıb. Olsenin 2013-2014-cü illərdə terrorizmi maliyyələşdirdiyi iddia edilir. O, artıq həbs olunub.
Olsenlə bərabər, onun Suriya üzrə xüsusi nümayəndəsi Kristian Error da saxlanılıb. Məhkəmə "Lafarge"ni xüsusi ilə İŞİD-dən neft almaqda ittiham edib. Şirkətin bununla Avropa Birliyinin 2011-ci ildə İŞİD-ə qarşı tətbiq etdiyi embarqonu yardığı vurğulanıb. Üstəlik, "Lafarge"nin Suriyadakı sement zavodunu saxlamaqdan ötrü İŞİD-lə razılıq əldə etdiyi də bildirilib.
Qeyd edək ki, Olsen 2007-2015-ci illərdə "Lafarge"nin rəhbəri olub. "Lafarge" 1833-cü ildən bu yana fəaliyyət göstərir. Şirkətin 68 ölkədə 160 fabriki var. Axar.az