Film çəkilişinə qadağa qoydu - "Mançester Yunayted"dən “Siti” ilə bağlı sərt qərar

"Mançester Yunayted" rəhbərliyi "Mançester Siti" ilə bağlı çəkilən filmə qadağa tətbiq edib. Filmi "Amazon Prime" kompaniyası çəkir. Kompaniya bəzi epizodları dekabrın 10-da "Old Trafford"da keçiriləcək Mançester derbisi zamanı lentə almaq niyyətindəymiş.

Ancaq MY rəhbərliyi kompaniyaya "Old Trafford"da çəkiliş aparmağı qadağan edib. Rəhbərlik bildirib ki, "Amazon Prime" kompaniyasının çəkiliş qrupu üçün yer ayırmaq mümkün deyil. MY-dən bildiriblər ki, həmin gün stadionda 23 çəkiliş qrupu olacaq ki, onlardan da 19-u əcnəbilərdi. Kompaniya artıq 4 aydı ki, sənədli filmin çəkilişlərini aparır. Filmin büdcəsi 11,3 milyon funtdu. Filmin gələn il ekranlara çıxacağı gözlənilir. Komanda.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31