Gündəm
Yolka almağa tələsin, qiymətlər qalxacaq!
2018-ci ilin gəlişinə artıq sayılı günlər qalıb. Bütün dünyada olduğu kimi paytaxt Bakıda da insanlar Yeni ilin gəlişini səbirsizliklə gözləyir, bayrama hazırlıq işləri görürlər. Bu münasibətlə şəhərin müxtəlif yerlərində bayram yarmarkaları təşkil olunub.
Ermənilər də Trampa qarşı çıxdı
Livandakı Böyük Kilikiya Evinin katalikosu I Aram ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarını "qəbuledilməz" adlandırıb. I Aram bunu Livan prezidenti Mişel Aunla görüşü zamanı bildirib: “Bu qərar beynəlxalq hüquq normaları və və tarixi həqiqətə uyğun deyil.
Trampın çıxışındakı qüsurlar ölkəni qarışdırdı - VİDEO
Qüds qərarını elan edərkən Trampın danışığındakı qüsurlar media işçilərinin diqqətini çəkib. ABŞ prezidenti Donald Tramp çıxışı zamanı tez-tez kəkələyib, bəzi sözləri isə ümumiyyətlə düzgün tələffüz edə bilməyib. Bu barədə bir zamanlar Trampla mübahisə yaşayan jurnalist Co Skarbrouqt danışıb. O bildirib ki, prezidentin anası da bu yaşlarda iflic keçirtmişdi: “Prezident deyəsən qocalır. Danışarkən artıq protezləri oynayır. Anası kimi o da sürətlə qocalır və danışığındakı qüsurlar da yaşlılıq əlamətləridir”.
Natavan depressiyaya düşüb?
Bir neçə gündür ki, həyat yoldaşı Səid Əliyevdən (Dado) ayrılmağı ilə gündəmə gələn Natavan Həbibinin instaqram səhifəsi bağlanıb. Yarım milyondan çox izləyicisi olan rəsmi hesab sənətçinin meneceri tərəfindən müvəqqəti olaraq dondurulub. Bildirilir ki, xəbər portalları, sənətçinin dostları, sosial şəbəkə istifadəçiləri Həbibinin adını tez-tez hansısa bir xəbər çıxan zaman işarələyir və sənətçi hər dəfə onların bu addımından narahat olur. Bunun qarşısını almaq üçün səhifə bu həssas dövr bitənə kimi bağlanıb.
Deputat: "Leyla Yunus həmişə Azərbaycan əleyhinə iş apararaq maraqları naminə hər kəsi satıb"
Leyla Yunus həmişə Azərbaycan əleyhinə iş aparıb, öz maraqları naminə hər kəsi satıb. Bunu Milli Məclisin deputatı Sahib Alıyev bu gün "Leyla Yunusun parlaqlığı və səfaləti" adlı kitabın təqdimatında deyib.
Bakıda İnsan Resursları Sammiti keçirilir
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin baş sponsorluğu ilə insan resurslarının idarə edilməsinə həsr edilən “İnsan Resursları Sammiti - Bakı 2017” adlı tədbir keçirilir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, 300 nəfərin iştirakı ilə keçiriləcək bu sammitdə 5 müxtəlif ölkəni təmsil edən 9 peşəkar spiker - insan resursları idarəçiliyinin son nailiyyətləri və beynəlxalq təcrübə haqqında müzakirə edəcək. Sammitin əsas mövzusu “Marka dəyərinin yaradılmasında insan resursları idarəçiliyinin rolu”dur.
Zakir Həsənov hərbi nəşriyyatda olub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi nəşriyyat, Sənədli və tədris filmləri kinostudiyası, eləcə də “Azərbaycan Ordusu” qəzeti redaksiyasında olub. “OLAYLAR”-ın xəbərinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi tabelikdə olan müəssisələrdə, xidməti və inzibati otaqlarda, həmçinin kinostudiyanın çəkiliş pavilyonunda yaradılmış şəraitlə tanış olub.
Xalqa bağışlanan ömür
Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Urxan Ələkbərov, millət vəkilləri Rasim Musabəyov, Elman Nəsirov, Rəfail Cəbrayılov, Əflatun Amaşov çıxış edib.
Atabəylər dövlətinə məxsus mis sikkələr aşkar edildi
Bu yaxınlarda Lənkəranda XI-XII əsrlərə aid 150-yə yaxın mis sikkə aşkar edilib. Dirhəm və fəlslərdən ibarət qədim sikkələr təsərrüfat işləri zamanı təsadüfən aşkar olunub və metaltoplama məntəqələrinə təhvil verilib. AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Arxeologiya şöbəsinin müdiri Mais Cəfərov bu barədə məlumat verərək deyib ki, metal əşyalar qəbul olunan məntəqədə bu pulları təsadüfən əldə etdik. Pulları təmizlədikdən sonra isə onların mis sikkə olduqları və Atabəylər dövrünə aid edildikləri məlum oldu.
Manafın Könül Kərimovanın qızının toyuna saldığı pul TƏƏCCÜBLƏNDİRDİ
ünən "Xəzər" telekanalında Zaur Kamalın verilişinin qonağı olan Könül Kərimova bu yaxınlarda qızının etdiyi səs-küylü toyu ilə bağlı maraqlı açıqlamalar verib. Aparıcı "Toya ən çox pul salan müğənni kim idi?" sualı ilə Könül Kərimovaya müraciət edib. Xanım ifaçı Zaurun sualına "Manaf Ağayev 1000 manat salıb.
“Türk eli. Mif və reallıq” kitabı dərc olundu
Bu günlərdə Sima Canəhmədovanın “Türk eli. Mif və reallıq” kitabı işıq üzü görüb. Bu fundamental araşdırmada müəllif oxucunu qədim türk miflərinin süjet və qəhrəmanları, çoxəsrlik ənənələri ilə tanış etməklə yanaşı, özünün düşüncələrini təqdim edir. Müəllifə görə bir sıra hallarda tarix dərslikləri bir-birinə ziddir və onların dəqiqliyi şübhə altında qalır. Bu kitabla alternativ tarix sevənlərin həqiqətlərin axtarışı ilə mübahisə etməyə imkanları yaranır.
Ərəbistan dənizində faciə — 18 ölü
Ərəbistan dənizində faciə baş verib. 100-dən sərnişini olan qayıq pis hava şəraiti səbəbindən batıb. İnsident nəticəsində 18 nəfər həlak olub. 40-dan çox sərnişin xilas edilsə də, onlarla itkin düşən var. Hadisə Pakistan sahillərində baş verib. Sərnişinlər arasında uşaq və qadınlar var. Sahildən 6 km aralıda batan qayıqda ölənlərin sayı 18 nəfərdir.
ABŞ Şimali Koreya ilə birbaşa dialoqun şərtini açıqladı
ABŞ hökuməti Şimali Koreya ilə birbaşa dialoqa hazır olduğunu bildirib. Rəsmi Vaşinqtonun yeganə şərti Pxenyanın nüvəsizləşmə prosesinə başlamasıdır. Bu barədə xəbəri ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Hezer Nauert verib.
Yaponiyada samuray qılıncı ilə qətliam
Yaponiyada bir məbəddə dəhşətli qətliam törədilib. Baş rahib qardaşı tərəfindən öldürülüb. Hücumçu məbəddəki iki nəfərə də hücum edib. Qatil samuray qılıncından istifadə edib. Hadisə Tokioda baş verib.
Fələstin Qüdslə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək
ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı ilə bağlı Fələstin beynəlxalq məhkəməyə müraciət edəcək. Bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl deyib. O qeyd edib ki, Fələstin rəhbərliyi bununla bağlı bütün zəruri addımları atacaq. Səfir, həmçinin vurğulayıb ki, Fələstin ABŞ-ı artıq İsrail-Fələstin sülh prosesinin tərkib hissəsi hesab etmir.






.jpg)



.jpg)



