Gündəm
Könül Kərimova bikinidə Zaurun ağlını başından aldı - Dəli oldum e...
"5/5" verilişinin qonağı olan Könül Kərimova Zaurun gözlənilməz komplimenti ilə qarşılaşıb. Aparıcı canlı yayımda xanım müğənninin çəkiliş zamanı bikini görüntüsünə valeh olduğunu etiraf edib:
Deputat: Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın
Leyla Yunus heç zaman hər hansı bir vətəndaşın hüquqlarını müdafiə etməyib, hər hansı bir məhbusun azadlığa qovuşmasında rol oynamayıb. Məlumata görə, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə bu gün “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın təqdimatında deyib.
Qrip yayılıb - Səhiyyə Nazirliyi: “Qorxulu virus aşkarlanmayıb”
Havanın temperaturunun kəskin düşməsilə hər birimizin ən yüngül xəstəlik sandığımız , həkimə getmədən evdə müalicə etməyə çalışdığımız soyuqdəymə, qripə yoluxma halları artıb. Əslində qrip virusa yoluxmadan 1 və ya 2 gün sonra başlayır. Adətən ilkin əlamətləri asqırma və qızdırma olur. Qrip virus tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır.
“Türkiyə hərəkətə keçərsə...” – ABŞ üçün QORXUNC XƏBƏRDARLIQ
“Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ prezidenti Donald Trampın qərarı Vaşinqton üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər”. Bu xəbərdarlığı ABŞ Konqresinin demokrat senatoru Şeldon Vitehuz edib. Trampın qərarını sərt şəkildə tənqid edən senatorun sözlərinə görə, Qüdsün İsrailin paytaxtı kimi tanınması ABŞ-ın Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrlə münasibətlərini poza bilər.
Dələduzluqda təqsirləndirilən müstəntiqə şərti cəza verilib
Səbail rayon Məhkəməsində Bakı şəhər Prokurorluğunun dələduzluq və digər cinayətdə təqsirləndirilən sabiq müstəntiqi Müşfiq Abbasovun məhkəməsi başa çatıb. Vəkil Vasif Mirzəyevin verdiyi məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Abbasov barəsində 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.
Sədr müavini: “Azərbaycanda media üçün hər şərait yaradılıb”
“Ötən gün “Azərbaycanda ali məktəblərdə media təhsili” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirdə yekun olaraq vurğulandı ki, Azərbaycanda media təhsilinin verilməsi üçün kifayət qədər şərait yaradılıb. Artıq bir neçə universitetdə jurnalistika fakultələri fəaliyyət göstərir. Burada jurnalistikaya daxil olmaq balları da kifayət qədər aşağı salınıb və s. Jurnalistika fakultələrinə ayrı-ayrı universitetlərdən daxil olmaq, təhsil almaq normal bir vəziyyətdir. Bunun üçün də hər cür şərait yaradılıb”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
UEFA-dan Azərbaycan və Ermənistan milliləri ilə bağlı QƏRAR
UEFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan və Ermənistan milliləri ilə bağlı qərar qəbul edilib. UEFA prezidenti Aleksandr Çeferin 2020-ci il Avropa çempionatının seçmə mərhələsi və Millətlər Liqasının püşkatma mərasimlərində Azərbaycan və Ermənistan təmsilçilərinin ayrı-ayrı qruplara salınacağını deyib. Çeferin bildirib ki, eyni qayda münasibətləri gərgin olan Rusiya və Ukrayna təmsilçilərinə də şamil olunacaq.
200 min insan evlərini tərk etdi
Koliforniyanın Los Anceles şəhərində günlərlə davam edən meşə yanğını şəhər sakinlərini çətin duruma salıb. Olaylar.az bildirir ki, küləyin təsiri ilə söndürlməsi mümkün olamayan alov 200 min insanı evindən didərgin salıb. Artıq yanğın Koliforniyanın qərb istiqamətini hədəf alıb.
O tarixçilər saxta tarix yaradıblar - Azərbaycanlı akademikdən SƏRT İRAD
“Qondarma “Dağlıq Qarabağ problemi”, Azərbaycanın işğal olunmuş əraziləri, Xocalı soyqırımı və bu gün Azərbaycanda yaşananlar Birinci Dünya müharibəsindən qalan miraslardır. Təəssüf edirəm ki, simpoziumun proqramında bu məsələlərə lazımınca yer ayrılmayıb”.
Yumurtalar kodlanır - Rəqəmlərin mənası nədir?
Son vaxtlar yumurta qiymətlərində dəyişiklik, hər satış şəbəkəsinin özünəuyğun qiymət müəyyən etməsi alıcılar arasında keyfiyyətli yumurta seçimində çaşqınlıq yaradır. Haqlı olaraq “baha satılan yumurta ən keyfiyyətlisidir, yoxsa bu, sadəcə marketin qiymət siyasətidir?” - deyə suallar yaranır. Xüsusən də, kənd yumurtası adı altında satılan yumurtalarda obyekt sahibləri istədikləri qiyməti müəyyən edir və bunu yumurtanın keyfiyyəti ilə əsaslandırırlar. Halbuki, həmin yumurtanın digərlərindən daha keyfiyyətli olmasını təsdiqləyici heç bir sənəd olmur.
Vəkillər Kollegiyasının sədri: "Vəkilliyə qəbulda keçid balının aşağı salınmasının tərəfdarı deyiləm"
"Mən şəxsən vəkilliyə qəbul prosesində keçid balının aşağı salınmasının tərəfdarı deyiləm". Məlumata görə, bunu Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov bildirib.
Mübariz Əhmədoğlu: "BTQ dəmir yolunun işə düşməsi erməni mühitində ciddi müzakirə obyekti oldu"
Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi rəsmi Yerevan da daxil olmaqla erməni mühitində ciddi müzakirə obyekti oldu:
Anar Bağırov: "Ən qısa zamanda Vəkillər Kollegiyasına sənəd qəbuluna başlanılacaq"
Ən qısa zamanda Vəkillər Kollegiyasına üzvlüklə bağlı elan veriləcək və sənəd qəbuluna başlanılacaq. Bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni seçilmiş sədri Anar Bağırov deyib.
Gənclər Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub
Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat turu keçirilib. “OLAYLAR”-a bildirilib ki, məlumat turu Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər üçün təşkil olunub. Məlumat turunda iştirakçılar nazirliyin fəaliyyəti haqqında təqdimat vasitəsi ilə missiyası və strukturu, Azərbaycanın ekoloji balansında rolu haqqında məlumat əldə ediblər. Daha sonra şöbələri ilə tanış olub, həyata keçirilən və planlaşdırılan layihə və proqramlarda, xüsusən, gənclər təşkilatlarının rolu və iştirakı barədə ətraflı məlumat alıblar. Turun sonunda gəncləri maraqlandıran suallar cavablandırlıb.
Los Angeles faith leaders commend Azerbaijan's multiculturalism
U.S. premiere screening of the film "Under One Sun" - produced with support from Heydar Aliyev Foundation – was successfully held in Los Angeles A well-attended event dedicated to the traditions of multiculturalism, diversity and tolerance in Azerbaijan was held on December 5, 2017 at the Church of Jesus Christ of Latter-day Saints, which is one of the largest and oldest churches of Los Angeles.














