Mübariz Əhmədoğlu: "BTQ dəmir yolunun işə düşməsi erməni mühitində ciddi müzakirə obyekti oldu"
Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi rəsmi Yerevan da daxil olmaqla erməni mühitində ciddi müzakirə obyekti oldu:
8 Dekabr 2017 11:54 SiyasətBakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi rəsmi Yerevan da daxil olmaqla erməni mühitində ciddi müzakirə obyekti oldu:
ı. "Bakı-Tbilisi-Qars böyük Turanın formalaşmasının başlanğıcıdır":- İrakli Çxeidze.
ıı. "BTQ antiRusiya siyasi proqramın bir şaxəsidir":- İsmayıl Şabanov Rusiyanın talış diasporunun rəhbəri.
ııı. "BTQ təkcə Ermənistan üçün deyil, həm də Rusiya üçün hədədir":- K.Zatulin RF Dövlət Dumasının deputatı, stajlı ermənipərəst.
ıv. "Lazurit koridoru (BTQ-nin Türkmənistan vəƏfqanıstan qoşulmuş variantı) Bakı və Ankaranın piar aksiyasından başqa bir şey deyil. Amma Ermənistan öz nəqliyyat-tranzit layihələrini reallaşdırmaqda tələsməlidir":-Conni Melikyan, Ermənistan dövlət idarəçilik akademiyasının əməkdaşı, gürcü məsələləri üzrə ekspert.
v. "BTQ ziddiyyətli xarakterə malikdir. Haçansa bu böyük İpək Yoluna inteqrə olunacaq":- Stanislav Tarasov, Regnum İA rəhbərlərindən biri, Yaxın Şərq və Qafqaz məsələləri üzrə ekspert.
vı. "İran-Ermənistan-Gürcüstan-Rusiya dəmir yolu BTQ-yə alternativ olduğu üçün Çinin marağındadır. Ona görə biz Çinləəməkdaşlıq edib öz dəmir yolumuzu tikməliyik":- Tatul Manaseryan, "Alternativ" tədqiqat mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru.
vıı. "Vaxtilə prezident R.Köçəryan hamını inandırmışdı ki, BTQ dəmir yolunun tikintisi heç vaxt başlamayacaq":-168 saat qəzeti.
vııı. Əgər bu (BTQ) biznesmenlərə sərfəli olacaqsa bundan istifadə edəcəyik. Sərfəli olmayacaqsa istifadə etməyəcəyik":- Ermənistanın baş naziri K.Karapetyan ölkəsinin BTQ-yə qoşulmasını belə asan vəsoyuqqanlı izah etdi. Guya Dağlıq Qarabağ problemi yoxdur.
ıx. "BTQ-nin Ermənistanın blokadasını gücləndirəcəyini düşünmürəm:"-Arnold Stepanyan, "Çoxmillətli Gürcüstan" təşəbbüsünün rəhbəri.
x. "BTQ Ermənistan ətrafında Türkiyə-Azərbaycan həlqəsidir. Strateji baxımdan Ermənistan üçün ciddi təhlükə yarada bilər. Bu Cavaxetiya regionuna Türkiyə-Azərbaycan işçi qüvvəsini gətirəcəkdir. Ermənistan prezidenti Gürcüstanın Cavaxetiya regionuna səfər etməlidir": - 1 in.am saytı.
xı. "BTQ Rusiya və İrana qarşı yönəlib. Lakin Ermənistanın manevr üçün imkanları var":-Vardan Voskanyan, şərqşünas, iranşünas.