Gənclər Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub
Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat turu keçirilib. “OLAYLAR”-a bildirilib ki, məlumat turu Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər üçün təşkil olunub. Məlumat turunda iştirakçılar nazirliyin fəaliyyəti haqqında təqdimat vasitəsi ilə missiyası və strukturu, Azərbaycanın ekoloji balansında rolu haqqında məlumat əldə ediblər. Daha sonra şöbələri ilə tanış olub, həyata keçirilən və planlaşdırılan layihə və proqramlarda, xüsusən, gənclər təşkilatlarının rolu və iştirakı barədə ətraflı məlumat alıblar. Turun sonunda gəncləri maraqlandıran suallar cavablandırlıb.
8 Dekabr 2017 11:49 SosialGənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat turu keçirilib. "OLAYLAR"-a bildirilib ki, məlumat turu Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər üçün təşkil olunub. Məlumat turunda iştirakçılar nazirliyin fəaliyyəti haqqında təqdimat vasitəsi ilə missiyası və strukturu, Azərbaycanın ekoloji balansında rolu haqqında məlumat əldə ediblər. Daha sonra şöbələri ilə tanış olub, həyata keçirilən və planlaşdırılan layihə və proqramlarda, xüsusən, gənclər təşkilatlarının rolu və iştirakı barədə ətraflı məlumat alıblar. Turun sonunda gəncləri maraqlandıran suallar cavablandırlıb.
Xatırladaq ki, Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir.