UEFA-dan Azərbaycan və Ermənistan milliləri ilə bağlı QƏRAR

UEFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan və Ermənistan milliləri ilə bağlı qərar qəbul edilib. UEFA prezidenti Aleksandr Çeferin 2020-ci il Avropa çempionatının seçmə mərhələsi və Millətlər Liqasının püşkatma mərasimlərində Azərbaycan və Ermənistan təmsilçilərinin ayrı-ayrı qruplara salınacağını deyib. Çeferin bildirib ki, eyni qayda münasibətləri gərgin olan Rusiya və Ukrayna təmsilçilərinə də şamil olunacaq.

Qeyd edək ki, AÇ 2020-nin püşkatma mərasimi 2018-ci ilin dekabr ayında İrlandiyanın paytaxtı Dublində olacaq. Qitə birinciliyinin final mərhələsinin oyunları 12 şəhərdə keçiriləcək. Şəhərlərin siyahısına paytaxt Bakı da daxildir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31