Gündəm

Düşmən 142 dəfə atəşkəsi pozub

8 Dekabr 2017 11:48

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 142 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Bakı Media Mərkəzinin filmi Los Ancelesdə təqdim olundu

8 Dekabr 2017 11:47

Heydər Əliyev Fondunun dəstəyilə çəkilmiş “Bir Günəş Altında” filminin ABŞ premyerası Los Ancelesdə uğurla keçib. Olaylar.az bildirir ki, Kaliforniyanın Los Anceles şəhərinin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində  Azərbaycanın multikulturalizm, müxtəliflik və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.

Bakcell şirkəti “Bakutel 2017” sərgisində Azərbaycan developerlərinin uğurlu layihələrini nümayiş etdirir

8 Dekabr 2017 11:46

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanın istedadlı gənc proqram tərtibatçıları tərəfindən yaradılmış layihələri nümayiş etdirir. Bakcell şirkətinin “BakuTel-2017” sərgi stendində açılmış AppLab guşəsində Bakcell şirkətinin dəstəyi ilə bütünlüklə gənc yerli proqram tərtibatçıları tərəfindən layihələşdirilərək ərsəyə gətirilmiş mobil tətbiq, “tamamlanmış reallıq” (Augmented Reality) layihəsi, onlayn platforma və İOT (Əşyaların İnterneti) startapı sərgilənir. 2017-ci ildə AppLab mərkəzində inkubasiya prosesindən keçmiş bu layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

Könül Kərimovanın qızına verdiyi cehizin qiyməti: bu məbləğə ev almaq olar 

8 Dekabr 2017 11:42

Dünən "5/5" verilişinin qonağı bu yaxınlarda qızına səs-küylü toy edən xanım müğənni Könül Kərimova olub.

"Bu, Amerikanın qərarına qarşı ən ağır cavabdır"

8 Dekabr 2017 11:40

Livanın "Hizbullah" hərəkatı Amerikanın Qüds şəhərini İsrailin paytaxtı elan etməsindən sonra Fələstində başlayan etiraz aksiyalarını dəstəkləyib.  "Hizbullah" hərəkatının lideri Seyid Həsən Nəsrullahyeni intifadanın başlamasının tərəfdarı olduğunu bildirib. 

Bütün Türkiyə ayağa qalxır - ABŞ-ın Qüds qərarına görə

8 Dekabr 2017 11:39

Türkiyənin bütün vilayətlərində Qüdsün ABŞ tərəfindən İsrail paytaxtı kimi tanınmasına etiraz olaraq kütləvi aksiyalar keçiriləcək. Etiraz aksiyaları cümə məscidindən dərhal sonra başlayacaq. Ankara və İstanbulda etirazlar ABŞ səfirliyi və baş konsulluğu qarşısında da keçiriləcək.

Sabiq həkim 60 il həbs cəzası aldı - Uşaq pornoqrafiyasına görə

8 Dekabr 2017 11:29

ABŞ-ın olimpiya yığmasının sabiq həkimi Larri Nassarın məhkəmə prosesi yekunlaşıb.  Nassar uşaq pornoqrafiyasında ittiham olunurdu. O, məhkəmə prosesində günahını etiraf edib. Sabiq həkim bildirib ki, uşaqları şəxsi arxivi üçün çəkirmiş. 

Azərbaycanlı müğənni İRANLI QIZLARLA elə rəqs etdi ki... – VİDEO

8 Dekabr 2017 11:27

Müğənni Niyam Salaminin instaqramda paylaşdığı videolar müzakirələrə səbəb olub.  Şou proqramların birində çıxış edən müğənni ilə birgə səhnəyə iranlı qadınlar da çıxıb. Səslənən mahnılardan bihuş olan cənubluların rəqsi sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Sahil Babayev: "Azərbaycana qarşı ittihamların əsassız olduğu bir daha sübut olundu"

8 Dekabr 2017 11:17

"Azərbaycanda fəaliyyət göstərən bütün şirkətlər Hasilat Sənayesində Şəffaflıq prinsiplərinə əməl etməlidir". Bunu bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin, media nümayəndələrinin iştirakı ilə "Moore Stephens Azerbaijan" auditor şirkəti tərəfindən 2016-cı il üzrə HSŞ Hesabatının yekun versiyasının təqdimatında iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Prezident İlham Əliyev Sudanın yeni səfirinin etimadnaməsini qəbul edib

8 Dekabr 2017 11:15

Prezident İlham Əliyev bu gün Sudan Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallayın etimadnaməsini qəbul edib.

Nazir müavini: Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji vəziyyət təhlükədədir

8 Dekabr 2017 11:14

Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi nəticəsində həm Cənubi Qafqaz regionunda, həm də ölkəmizin işğal olunmuş ərazilərində ekoloji vəziyyət təhlükə altındadır.

Türkiyəyə gəlin köçən aktrisaya ərindən qadağa: “Toydan qabaq şərt kəsdi ki...”

8 Dekabr 2017 11:12

Sevgi böyük qüvvədir. Elə buna görə də film çəkilişlərini yarımçıq qoyaraq, sevdiyi insanla evlənib, Türkiyəyə gəlin köçdü. Gənc aktrisa Cəmilə Tağızadəni deyirəm.

Rusiya DİN-in baş kriminalisti həbs olunub

8 Dekabr 2017 11:10

Rusiya DİN Ekspert-Kriminalistika Mərkəzinin rəisi, general-leytenant Pyotr Qrişin Moskvanın Basmannı Məhkəməsinin qərarı ilə 2018-ci ilin fevralınadək həbs edilib. Məhkəmə istintaq orqanlarının vəsatətini təmin etməyə qərar verərək, general barəsində 2018-ci ilin fevralın 5-dək həbs qətimkan tədbiri seçib.  Həmçinin sahibkar Sergey Narutov və general Qrişinin müavini Oleq Mazur da analoji müddətə həbs ediliblər.  

Rıza Sarraf'ın tanıklık süreci sona erdi

8 Dekabr 2017 11:04

Amerika Birleşik Devletleri'nde görülen "Mehmet Hakan Atilla Davası"nda sekizinci duruşma tamamlandı. Sarraf’ın tanıklık süreci sona erdi. 130 yıl korkusu mu tanık yaptı? (Sarraf'ın ABD ile anlaşma metni) Rıza Sarraf yedinci kez tanık sandalyesine oturdu. Hakan Atilla'nın avukatları, Sarraf'ın çapraz sorgusuna devam etti. Duruşmada savunma ekibinin mahkemeye sunduğu ses kayıtları da dinlendi. Atilla'nın avukatları, müvekkillerinin sadece ABD finans sistemine giriş yasağı suçlamasıyla yargılanabileceğini öne sürdü. Avukatlar bununla ilgili bir emsal karar ve dava olmadığına vurgu yaptı.

“Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması”

8 Dekabr 2017 11:00

Avropa Təlim Fondunun (ATF) təşkilatçılığı ilə Bakıda “Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa İttifaqının Əməliyyat Departamentinin rəhbəri Yeron Villems, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının  nümayəndələri, yerli və xarici ekspertlər iştirak edir.