Bakı Media Mərkəzinin filmi Los Ancelesdə təqdim olundu

Heydər Əliyev Fondunun dəstəyilə çəkilmiş “Bir Günəş Altında” filminin ABŞ premyerası Los Ancelesdə uğurla keçib. Olaylar.az bildirir ki, Kaliforniyanın Los Anceles şəhərinin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində  Azərbaycanın multikulturalizm, müxtəliflik və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.

Heydər Əliyev Fondunun dəstəyilə çəkilmiş "Bir Günəş Altında" filminin ABŞ premyerası Los Ancelesdə uğurla keçib.

Olaylar.az bildirir ki, Kaliforniyanın Los Anceles şəhərinin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində  Azərbaycanın multikulturalizm, müxtəliflik və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun sözügedən Kilsə ilə birgə keçirdiyi tədbiri giriş nitqi ilə açan Kilsənin ictimai əlaqələr üzrə direktoru Matt Ball və Ziyarətçilər Mərkəzinin rəhbəri Lief Erickson qonaqları salamlayaraq, bu cür mühüm tədbirə evsahibliyi etdiklərindən məmnun olduqlarını bildiriblər. Son illərdə Los Ancelesdə keçirilən tədbirlər vasitəsilə Azərbaycan multikulturalizmi ilə yaxından tanış olduqlarını bildirən natiqlər, dünyada mədəniyyətlərarası dialoqa və tolerantlığa böyük ehtiyacın olduğu bir dövrdə Azərbaycan nümunəsinin yüksək önəm daşıdığını qeyd ediblər.
Çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, bu ənənələrin artıq ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldildiyini vurğulayıb. Diplomat Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıb.
Daha sonra Los Anceles Dinlərarası Şurasının həmsədri, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendez, Kaliforniya Zərdüştlük Assosiasiyasının din xadimi, Şimali Amerika Zərdüştlük Assosiasiyaları Federasiyasının üzvü Mobed Zarrir Bhandara, Los Anceles Bəhailərinin Dini Assambleyasının katibi, Kaliforniya Regional Bəhai Şurasının üzvü Randolf Dobs və Los Ancelesdə fəaliyyət göstərən tanınmış Simon Vizental Mərkəzinin sədr müavini ravvin Abraham Kuper öz çıxışlarında Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri ilə bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıblar.
Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi və Arzu Əliyevanın icraçı prodüseri olduğu, Azərbaycanda yaşayan müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan etnik qrupların həyatından bəhs edən "Bir Günəş Altında" sənədli filmi nümayiş etdirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31