“Türk eli. Mif və reallıq” kitabı dərc olundu
Bu günlərdə Sima Canəhmədovanın “Türk eli. Mif və reallıq” kitabı işıq üzü görüb. Bu fundamental araşdırmada müəllif oxucunu qədim türk miflərinin süjet və qəhrəmanları, çoxəsrlik ənənələri ilə tanış etməklə yanaşı, özünün düşüncələrini təqdim edir. Müəllifə görə bir sıra hallarda tarix dərslikləri bir-birinə ziddir və onların dəqiqliyi şübhə altında qalır. Bu kitabla alternativ tarix sevənlərin həqiqətlərin axtarışı ilə mübahisə etməyə imkanları yaranır.
8 Dekabr 2017 12:39 SosialBu günlərdə Sima Canəhmədovanın "Türk eli. Mif və reallıq" kitabı işıq üzü görüb.
Bu fundamental araşdırmada müəllif oxucunu qədim türk miflərinin süjet və qəhrəmanları, çoxəsrlik ənənələri ilə tanış etməklə yanaşı, özünün düşüncələrini təqdim edir. Müəllifə görə bir sıra hallarda tarix dərslikləri bir-birinə ziddir və onların dəqiqliyi şübhə altında qalır. Bu kitabla alternativ tarix sevənlərin həqiqətlərin axtarışı ilə mübahisə etməyə imkanları yaranır.
Topluda müəllif adət-ənənələrin, mərasimlərin unudulmaması üçün onların əsrlər boyu qorunmasına kömək edən "səmərəli forma" axtarışındadır.
Nəsildən-nəslə qədim tanrıların adlarının dəyişməsi, onların fonetik variasiya çevrilməsi və bir sıra başqa suallara bu cəlbedici kitabın səhifələrində cavab tapmaq olar.
"Türk eli. Mif və reallıq" kitabı "Apostroff" nəşriyyatında nəşr olunub. Toplunun naşiri Akif Dənzizadə, redaktoru Nailə Əskərovadır