Fələstin Qüdslə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək
ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı ilə bağlı Fələstin beynəlxalq məhkəməyə müraciət edəcək. Bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl deyib. O qeyd edib ki, Fələstin rəhbərliyi bununla bağlı bütün zəruri addımları atacaq. Səfir, həmçinin vurğulayıb ki, Fələstin ABŞ-ı artıq İsrail-Fələstin sülh prosesinin tərkib hissəsi hesab etmir.
8 Dekabr 2017 12:24 DünyaABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı ilə bağlı Fələstin beynəlxalq məhkəməyə müraciət edəcək. Bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl deyib. O qeyd edib ki, Fələstin rəhbərliyi bununla bağlı bütün zəruri addımları atacaq. Səfir, həmçinin vurğulayıb ki, Fələstin ABŞ-ı artıq İsrail-Fələstin sülh prosesinin tərkib hissəsi hesab etmir.
Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib. Trend.az