ABŞ Şimali Koreya ilə birbaşa dialoqun şərtini açıqladı
ABŞ hökuməti Şimali Koreya ilə birbaşa dialoqa hazır olduğunu bildirib. Rəsmi Vaşinqtonun yeganə şərti Pxenyanın nüvəsizləşmə prosesinə başlamasıdır. Bu barədə xəbəri ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Hezer Nauert verib.
8 Dekabr 2017 12:34 DünyaABŞ hökuməti Şimali Koreya ilə birbaşa dialoqa hazır olduğunu bildirib. Rəsmi Vaşinqtonun yeganə şərti Pxenyanın nüvəsizləşmə prosesinə başlamasıdır. Bu barədə xəbəri ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Hezer Nauert verib. Mətbuat katibi deyib:"Şimali Koreya nüvəsizləşmə prosesinə başlamadan birbaşa danışıqlar nəzərdə tutulmur. Şimali Koreya danışıqlara və ciddi müzakirələrə maraq göstərmir. Rəsmi Pxenyan ballistik raket sınağına davam edir". Ölkə.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31