Xalqa bağışlanan ömür
Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Urxan Ələkbərov, millət vəkilləri Rasim Musabəyov, Elman Nəsirov, Rəfail Cəbrayılov, Əflatun Amaşov çıxış edib.
8 Dekabr 2017 12:40 Teatr və kinoBakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Urxan Ələkbərov, millət vəkilləri Rasim Musabəyov, Elman Nəsirov, Rəfail Cəbrayılov, Əflatun Amaşov çıxış edib.
Çıxış edənlər Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş umummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü xalqımız tərəfindən dərin kədər hissilə qeyd olunduğunu bildiriblər. Tədbirdə vurğulanıb ki, Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Həsənova çıxış edərək, Ulu Öndərin kino sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açdı.
Tədbirdə incəsənət ustalarından əməkdar artist Nuriyə Hüseynova "Küçələrə su səpmişəm" mahnısını ifa edib. Sonra Kino Xidməti İdarəsi tərəfindən hazırlanan, ssenari müəllifi və rejissoru Gültəkin Nəriman olan "Xalqa bağışlanan ömür" adlı sənədli film nümayiş olunub.
***