Trampın çıxışındakı qüsurlar ölkəni qarışdırdı - VİDEO

Qüds qərarını elan edərkən Trampın danışığındakı qüsurlar media işçilərinin diqqətini çəkib.  ABŞ prezidenti Donald Tramp çıxışı zamanı tez-tez kəkələyib, bəzi sözləri isə ümumiyyətlə düzgün tələffüz edə bilməyib. Bu barədə bir zamanlar Trampla mübahisə yaşayan jurnalist Co Skarbrouqt danışıb. O bildirib ki, prezidentin anası da bu yaşlarda iflic keçirtmişdi: “Prezident deyəsən qocalır. Danışarkən artıq protezləri oynayır. Anası kimi o da sürətlə qocalır və danışığındakı qüsurlar da yaşlılıq əlamətləridir”.

Qüds qərarını elan edərkən Trampın danışığındakı qüsurlar media işçilərinin diqqətini çəkib.  ABŞ prezidenti Donald Tramp çıxışı zamanı tez-tez kəkələyib, bəzi sözləri isə ümumiyyətlə düzgün tələffüz edə bilməyib. Bu barədə bir zamanlar Trampla mübahisə yaşayan jurnalist Co Skarbrouqt danışıb. O bildirib ki, prezidentin anası da bu yaşlarda iflic keçirtmişdi: "Prezident deyəsən qocalır. Danışarkən artıq protezləri oynayır. Anası kimi o da sürətlə qocalır və danışığındakı qüsurlar da yaşlılıq əlamətləridir".

Yerli KİV-lər yazıb ki, Tramp çıxışında xüsusilə "s" səslərini olduqca pis tələffüz edib. Tvitter izləyicilərisə bunu iflic və ya nakotik maddə qəbulunun təsirindən ola biləcəyi fikirlərini müzakirə ediblər. Yayılan söz-söhbətlərə aydınlıq gətirmək məqsədilə, Ağ Evin sözçüsü Sarah Hakabe mətbuat konfransı keçirərək prezidentin heç bir sağlamlıq probleminin olmadığını deyib: "Bu barədə çox suallar ünvanlanır. Absurd müzakirələrə son verilsin. Prezident Trampın çıxışı zamanı sadəcə boğazı quruduğu üçün tələffüzündə ləngimələr olub. Burda başqa səbəb axtarılmasın". S.Hakabe onu da bildirib ki, Tramp 2018-ci ilin əvvəlində tam həkim müayinəsindən keçəcək və nəticələr həkimlər tərəfindən mətbuata elan ediləcək. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31