ATƏT-in Nazirlər Şurasının Vyana toplantısı, həmsədrlərin ənənəvi açıqlamaları...

Görünən odur ki, 2017-ci il də Dağlıq Qarabağ proibleminin həlli istiqamətində hər hansı bir müsbət dəyişikliyin baş vermədiyi il kimi yadda qalmaqdadır. Buna səbəb isə birmənalı olaraq münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupuna üzv ölkələrin. eləcə də həmin qrupda təmsil olunan həmsədrlərin uğursuz fəaliyyətidir. Və bir çox hallarda münaqişənin həllinə həm həmsədr dövlətlər, həm də onların təmsilçilərinin qeyri-obyektiv, qərəzli yanaşmasıdır. Baxmayaraq ki, dildə dövlətlərin və ölkələrin ərazi bütövlüyünün təmin olunmasının vacibliyini qeyd edirlər.

Və Qarabağ probleminin həll edilmədiyi daha bir il

Görünən odur ki, 2017-ci il də Dağlıq Qarabağ proibleminin həlli istiqamətində hər hansı bir müsbət dəyişikliyin baş vermədiyi il kimi yadda qalmaqdadır. Buna səbəb isə birmənalı olaraq münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupuna üzv ölkələrin. eləcə də həmin qrupda təmsil olunan həmsədrlərin uğursuz fəaliyyətidir. Və bir çox hallarda münaqişənin həllinə həm həmsədr dövlətlər, həm də onların təmsilçilərinin qeyri-obyektiv, qərəzli yanaşmasıdır. Baxmayaraq ki, dildə dövlətlərin və ölkələrin ərazi bütövlüyünün təmin olunmasının vacibliyini qeyd edirlər. ancaq vəziyyət real işə, atılmalı olan addımlara gəldikdə, situasiya dəyişməyə başlayır. Ən ağrılı məqam isə ondan ibarətdir ki, bu situasiya Ermənistanın maraqlarına uyğun şəkildə dəyişir. Hər halda bu günlərdə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 24-cü iclasının yekunları, eləcə də həmin toplantı çərçivəsində həmsədrlərin iştirakı ilə baş tutan Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin görüşünün nəticələri də bunu təsdiqləyir.

Məlumat üçün qeyd edək ki, dekabrın 6-da Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Nazirlər Şurasının 24-cü iclası ərəfəsində bu beynəlxalq qurumun Parlament Assambleyasının da  (ATƏT PA) Büro iclası keçirilib. Büro iclasında ATƏT PA-nın 2018-ci il üçün fəaliyyət planı, qurumun qış və yay sessiyalarının gündəliyinə aid məsələlər, digər aktual mövzular müzakirəyə çıxarılıb. Həmçinin ATƏT Parlament Assambleyasının Büro İclasında da bu vaxta qədər söylənilən ənənəvi fikirlər, ölkələrin ərazi bütövlüyünün təmini və ATƏT məkanında olan dövlətlərdə münaqişələrin həll edilməsinin vacibliyi qeyd edilib. Amma münaqişənin həlli məqsədilə konkret mexanizm göstərilməyib. Əslində, münaqişələrin, xüsusilə Dağlıq Qarabağ probleminin həlli mexanizmi açıq-aydın ortadadır. Bu da BMT-nin 4 qətnaməsinin icrasından asılıdır. Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev iclasın gedişi ilə bağlı bildirib ki, ATƏT PA-nın Bürosu münaqişələrlə bağlı beynəlxalq hüququn prinsipləri və ATƏT PA-nın 2015-ci ildə Helsinkidə qəbul etdiyi qətnaməyə və bəyannaməyə sadiqliyini nümayiş etdirdi: "Məmnunam ki, bu cür həssas məsələlərdə Büro ikili standartları rədd edərək, dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyən, etnik separatizmə yox deyən vahid mövqe sərgiləyib. Bu, ATƏT PA-nın etibarlılığı və bütövlüyü baxımdan çox önəmlı qərar oldu".

Qeyd edilib ki, Büronun bəzi üzvlərinin separatizmə dəstək verən və bəzi ərazilərdəki separatçı rejimlərin təbliğatına can atan, həmçinin onları legitim bir qurum kimi təqdim etməyə çalışan meyilləri var idi. Sevindirici haldır ki, Büronun iclasında bu cəhdlərin qarşısı öncədən alındı.

ATƏT PA-nın vitse-prezidenti, həmçinin qeyd edib ki, 2015-ci ildə Helsinkidə qəbul olunmuş qətnamədə ATƏT məkanındakı münaqişələr aydın şəkildə göstərilir və bu münaqişələrin həmin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu qeyd edilir. Həmin sənəddə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrin ATƏT prinsipləri və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələr əsasında həlli xüsusi olaraq vurğulanır.

"Təəssüf ki, bəzən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ATƏT məkanındakı digər münaqişələrdən ayırmağa cəhd göstərilir. Sanki Azərbaycanın işğal olunmuş əraziləri və həmçinin öz torpaqlarından qaçqın düşmüş insanların taleyi ilə bağlı vəziyyət digər münaqişələrdəki vəziyyətdən fərqlidir. Bu, çox yanlış bir yanaşmadır və Büro iclasında həmin yanaşmanın da qarşısı alındı. ATƏT məkanındakı bütün münaqişələrə vahid mövqedən yanaşılmalıdır və bütün ölkələrlə, o cümlədən Azərbaycanla əlaqədar ərazi bütövlüyü, suverenlik və sərhədlərin dəyişilməzliyi prinsipi qorunmalıdır", - deyə Azay Quliyev bildirib.

Qeyd etdiyimiz kimi, Avstriyada ən diqqət çəkən və bizim üçün maraq kəsb edən görüş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü idi. Eləcə də həmsədr ölkələrin xarici siyasət idarəsi rəhbərlərinin verəcəyi açıqlamalar. Əslində həmsədrlər və Minsk qrupuna üzv ölkələrin xarici işlər nazirlərinin hansı bəyanatla, açıqlama ilə çıxış edəcəyi əvvəlcədən cəmiyyətə məlum idi. Yəni, ənənəvi fikirlər, mövqe. Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təşkilatın Vyanada keçirilən 24-cü Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri - Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacan birgə bəyanatla çıxış etdilər. Bəyanatda həmsədr ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Helsinki Yekun Aktının prinsipləri əsasında həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq ediblər. Həmsədr ölkələr Azərbaycan və Ermənistan prezidentləri arasında yüksək səviyyəli dialoqun bərpasını, eləcə də hər iki ölkənin xarici işlər nazirlərinin Vyanada keçirilən görüşünü alqışladıqlarını bildiriblər.

Göründüyü kimi, ənənəvi fikirlər, münaqişənin həllindən daha çox status-kvonun saxlanmasına yönəlik cəhd həmsədr ölkələrin xarici siyasətdən sorumlu rəsmilərinin açıqlamasında yer alıb. Elə əksər ekspertlər, anailitiklər də bu qənaətdədirlər. Müstəqil ekspert Rövşən Məmmədli deyir ki, həmsədr ölkələr hər zanan olduğu kimi yenə də baş qatmaqla məşğuldurlar: "ATƏT-in Minsk qrupu həmsədrlərinin Vyanada Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, Rusiya xarici işlər naziri Sergey Lavrov, Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacan birgə bəyanat yayıblar. Bəyanatda həmsədrlər Helsinki Yekun Aktı və orada göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövgedən çıxış etdiklərini bir daha təsdiq edirlər. Sual olunur bu həmsədrlər niyə beynəlxalq hüquq normalarını, dövlətlərin ərazi bütövlüyü təməl prinsipini əsas götürmürlər, münaqişəni beynəlxalq hüquq normaları müstəvisində həll etmək istəmirlə. Helsinki yekun aktına söykənirlər. Çünki, bu aktda xalqların öz müqəddaratını həll etmək kimi dövlətlərin ərazi bütövlüyünün pozulmaması ilə bir araya sığmayan əcaib bir "prinsip" var. Ona görə də qarşılarına hansı qanunsuz yolla da olsa, Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana vermək haqda gizli öhdəlik götürmüş "həmsədrlər" beynəlxalq hüquqa yox, Helsinki həlli yoluna söykənirlər.Belə olan tərzdə Azərbaycan hökuməti Azərbaycan xalqının iradəsindən çıxış edərək Minsk qrupundan imtina etməli, məsələnin həllini BMT müstəvisinə qaytarılmasını qətiyyətlə tələb etməlidir". Ekspert deyir ki, Helsinki yekun aktına qalsa belə Dağlıq Qarabağda yaşayan ermənilərə milli müqəddərat həll etmə düşmür. Ona görə ki, ermənilər onsuz da yad ölkələrdən 200 il öncə Azərbaycana axışaraq Azərbaycanın tarixi torpaqları hesabına bir dəfə müqəddəratların həll ediblər: "Hələ dünyada elə bir xalq yoxdur ki, ikinci dəfədə müqəddərat həll etsin. Ancaq məsələ Nijdeh təfəkkürlü, yuvadağıdan erməni faşizminə çatanda ermənipərəst xristian dünyası bu rəzilliyə də göz yumur".

Həmsədrlər daha sonra göstərirlər:"Biz region xalqlarının həqiqətən barışması üçün yeganə yol olan münaqişənin danışıqlar yolu ilə həllinə dair birgə öhdəliyimizi bir daha təkrarlayırıq. İntensiv dialoqdan razılığımızı ifadə edirik və tərəfləri öz səylərini problemin nizamlanmasının substantiv məsələlərində güzəştli həllə kökləməyə çağırırıq. Hər hansı təxirəsalma vəziyyəti yalnız çətinləşdirə və tərəflərin davamlı həllə nail olmaq istiqamətindəki öhdəliklərini sual altına qoya bilər". Vasitəçilərin bu mövqeyinə gəlincə Rövşən Məmmədli bildirir ki, sözügedən yanaşma da mənasızdır: "Sual olunur. 25 ildir "sülh danışıqları" aparıb nəyə nail olmusunuz? .Ermənistan mövqeyindən nəinki əl çəkməyib, əksinə sizin ermənipərəstliyinizdən qızışaraq şərtlərini bir az da artırıb. Ermənistan açıq aşkar təcavüzkarlıq edib, azərbaycanlılara qarşı soyqırım törədib, milyonlarla insanları elindən obasından deportasiya edib. Buna qiymət vermirsiniz,a ncaq "sülh öhdəliyinizi" gözə soxursunuz. Sizə bu "öhdəliyi" kim verib,  bu haradan çıxdı? Sizin missiyanız iki tərəf arasında sülh danışıqlarını tənzimləməkdir, bu "öhdəlik" deyil" missiyadır. Öhdəliyi siz Ermənistanın üzərinə qoya bilərsiniz ki, faşist ideologiyasından əl çəksin, təcavüzkarlığa son qoysun, işğal etdiyi 20 faiz ərazimizdən qoşunlarını qeyd-şərtsiz çıxarsın. Ancaq siz bu öhdəliyi qoymazsınız Ermənistanın üzərinə, onda Azərbaycanın yağlı tikələri, nefti.qazı əlinizdən çıxar. Bizə yalançı qərb dəyərlərindən mahnılar oxuyursunuz". Ekspert onu da deyib ki,  bəyanatın sonunda  həmsədrlər  bir qədər irəli gedib tərəflərə, (konkret olaraq Azərbaycana) hədələyici ton ortaya qoyurlar: "Hər hansı təxirəsalma vəziyyəti yalnız çətinləşdirə və tərəflərin davamlı həllə nail olmaq istiqamətindəki öhdəliklərini sual altına qoya bilər". Öncə onu deyək ki, bu məsələ onsuz da Ermənistanın qeyri-konstruktiv mövqeyi ucundan sual altına düşmüş,məsələ çoxdan dalana dirənmişdir. Bunu da həmsədrlər yaxşı görür.Ancaq düşünürlər ki, Azərbaycana təzyiqlər vasitəsi ilə məsələni həll edə bilərlər. Ona görə də məsələni 25 ildir acı bağırsaq kimi uzadırlar. Burada maraqlı odur ki, həmsədrlər "hər hansı təxirəsalma" deyəndə nəyi nəzərdə tuturlar?.Yəqin üzdəniraq Madrid sənədlərini, "Aralıq statusunu","Laçın dəhlizini" ermənilərə "referendiumu" nəzərdə tuturlar. Azərbaycana işarə edirlər ki,"təxirə salma" bunları. Beləliklə, həmsədrlərin bu bəyanatları da öncələrdəki kimi erməni iyi verir, ona görə də Azərbaycan xalqı ayağa qalxıb həmsədr dövlətlərin Bakıdakı səfirliklərinə bu cür ermənipərəst bəyanatlara görə etiraz etməlidir. Və birmənalı olaraq Minsk qrupundan təxirəsalınmadan imtina etməliyik. Bu məsələdə maksimum qətiyyət göstərməli və tez bir zamanda Azərbaycanın ərazi bütövlüyünü təmin etməliyik".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31