İşğal altında olan ərazilərdəki tarixi-mədəni abidələri özününküləşdirmə siyasəti
Ermənistanın Azərbaycan ərazilərini işğala məruz qoyması nəticəsində yüzlərlə mədəni-tarixi abidələr, eləcə də məscid və digər ibadət məkanları erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb. Bu kimi tarixi-mədəni abidələr ya yer üzündən silinməyə çalışılıb, ya da həmin abidələrin erməniləşdirilməsi istiqamətində ciddi cəhdlərdə bulunub. Xüsusilə, ermənilər Şuşada bu istiqamətdə ciddi cəhdlə çalışmaqdadırlar.
8 Dekabr 2017 15:22 SiyasətVə ya cənub qonşumuzun Şuşa məscidini təmir etdirmək niyyəti nəyə hesablanıb?
Ermənistanın Azərbaycan ərazilərini işğala məruz qoyması nəticəsində yüzlərlə mədəni-tarixi abidələr, eləcə də məscid və digər ibadət məkanları erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb. Bu kimi tarixi-mədəni abidələr ya yer üzündən silinməyə çalışılıb, ya da həmin abidələrin erməniləşdirilməsi istiqamətində ciddi cəhdlərdə bulunub. Xüsusilə, ermənilər Şuşada bu istiqamətdə ciddi cəhdlə çalışmaqdadırlar. Şuşanı ciddi cəhdlə erməniləşdirməyə çalışan ermənilər həmin tarixi-mədəni abidələrdə özlərinə uyğun restavrasiya işləri aparmaqla onlara sahiblənirlər. Bu günlərdə isə bu sahədə daha bir xoşagəlməz hal ortaya çıxıb. Belə ki, İranda da Şuşa məscidinin iranlaşdırılmasına cəhd göstərilib. Belə ki, cənub qonşumuza məxsus "Badkubeh" saytında Şuşada erməni işğalında olan Yuxarı Gövhər ağa məscidi və Aşağı Gövhər ağa məscidi barədə material gedib. Sayt ciddi cəhdlə iddia edir ki, bu məscidlərin tikilməsi zamanı iranlı nüfuzlu ailələr, xüsusilə də elit kütlələrin ailələri bu şəhər və ətrafında yaşayırmışlar. Şuşa incəsənəti və memarlığının bir hissəsi də elə bu iranlıların oradakı yaşaması ilə əlaqədardır. Iddianın davamı olaraq sayt məscidləri iranlı Sufla məscidi və iranlı Yuxarı məscid adlandırır. Məsələ ilə bağlı fikirlərini bölüşən araşdırmaçı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib ki, sözügedən saytda çox uğursuz halda qədim türk şəhəri olan Şuşanın farslaşdırılmasını görmək olar: "İlk olaraq Şuşa şəhəri haqqında qısa bir məlumat verim ki, eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdi. Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Bəzən "Şişə" (Şiş qayalarla əhatə olduğuna görə) şəklində də işlədilir. Türklərin məskunlaşdığı ən müxtəlif yerlərdə Şuşa, Şoşu, Şuşi formalarında yaşayış məntəqələri, yer adları olub. Bir çox tədqiqatçılar Şuşa sözünü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edirlər. Bir sözlə Şuşanın farslarla heç bir bağlığı yoxdur". Zaur Əliyev qeyd edib ki Şuşada hər iki məscid İbrahim Xəlil xan Cavanşirin qızı Gövhər ağanın adı ilə bağlıdır: "İbrahim Xəlil xan da türk boyu olan cavanşırlərdəndir ki, onların da farslarla yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Tarixi mənbələrə nəzər salanda qarşımıza çıxan məlumatlarda yazılır: "İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarqu və qamışdan bir məscid tikilmişdi. Pənah хanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz etdirilir. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olub. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməyib və buna görə həmin məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirib. Lakin məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülüb və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin bina inşa edilib. Daha sonra Gövhər ağa XIX əsrin 3-cü rübündə Şuşada məscid inşa etdirdi ki, bu indi "Aşağı Gövhər ağa məscidi" adlanır və xarabalığı hal-hazırda Şuşada durur. Şuşa qalasında Gövhər ağanın adını daşıyan iki məscidin tikilməsi eyni məzhəbin fərqli cərəyanlarına mənsub insanlara ibadət üçün şərait yaratmaq məqsədi güdüb. Bu məscidlər arasında məsafə bir-iki yüz metrdir.Hər iki məscid Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir". Zaur Əliyev onu da diqqətə çatdırıb ki, Şuşa başda olmaqla Qarabağın işğalından sonra Ermənistan tərəfindən digər rayonlarda yerləşən məscidlərlə bağlı işğalçı dövlət tərəfindən bir sıra qanunsuz və tarici abidələri məhv etməyə yönəlmiş addımlar atılıb. Araşdırmaçı bildirib ki, Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən, azərbaycanlıların ibadət yeri olan məscidlərin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verilib. Zaur Əliyevin sözlərinə görə, məscidin minarələri daxildən tamamilə sökülüb, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri və yardımçı otaqları uçurdulub, komunal və komunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınıb: "Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılıb. Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqir edici ifadələr və sözlər yazılıb. Ermənilər hal-hazıırda Məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə edirlər.
İndi İran tərəfi məscidləri bərpa yaxud təmir etmək istəyirsə buna görə sağ ol deyək. Lakin qədim türk yurdu olan Qarabağın ərazilərinin və mədəni-dini abidlərini farslaşdırmaq bu heç bir ölçüyə sığımır. Sadəcə bununla İran bir daha Azərbaycana qarşı öz çirkin siyasətini üzə çıxardıb".
Füzuli