Əhalinin hökumətdən razılığını şərtləndirən amillər
Azərbaycanda son illərdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət ölkənin hərtərəfli inkişaf etməsi ilə yanaşı əhalinin də həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluq və işsizlik səviyyəsinin minimum hədd enməsinə təsir göstərir. Cari ilin 9 ayının sosial-iqtisadi göstəriciləri və əldə edilən nəticələr, eləcə də növbəti il üçün olan proqnozlar da bu faktı bir daha təsdiqləyir.
8 Dekabr 2017 15:57 SosialSiyasi sabitlik, iqtisadi inkişaf və sosial rihaf
Azərbaycanda son illərdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət ölkənin hərtərəfli inkişaf etməsi ilə yanaşı əhalinin də həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluq və işsizlik səviyyəsinin minimum hədd enməsinə təsir göstərir. Cari ilin 9 ayının sosial-iqtisadi göstəriciləri və əldə edilən nəticələr, eləcə də növbəti il üçün olan proqnozlar da bu faktı bir daha təsdiqləyir.
Ölkədə həyata keçirilən tədbirlər, islahatlar birbaşa xalqın sosial rifah halının yaxşılaşdırılmasına, insanların daha yaxşı yaşamasına hesablandığı üçün, öz növbəsində cəmiyyət də bu islahatları, onu həyata keçirən idarəetmə sistemini alqışlayır, ona dəstək nümayiş etdirir. Ümumiyyətlə, Azərbaycan belə demək mümkünsə dünyada barmaqla sayıla biləcək ölkələrdəndir ki, burada xalqla hakimiyyət, ölkəni idarə edən sistem arasında birlik, vəhdət var. Məhz bu bilrik, vəhdətin göstəricisidir ki, Azərbaycan xalqı uzun illərdir hazırkı iqtidara dəstək nümayiş etdirir.
Azərbaycanda xalqın mövcud idarəetmə sistemi, hakimiyyət, hökumətə dəstək nümayiş etdirməsi müntəzəm olaraq ölkədə keçirilən sosioloji sorğular, aparılan araşdırmalarda da öz təsdiqini tapır. Elə bu günlərdə Niderlandda fəaliyyət göstərən ING maliyyə holdinqinin analitik məruzəsində də qeyd edilən məqam öz əksini tapır. Qeyd edək ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı tərəfindən ACT LLC humanitar tərəfdaşlıq təşkilatının sifariş əsasında apardığı araşdırmada Azərbaycan vətəndaşlarının 81 faizinin hökumətdən razı olduğu bildirilir.
Araşdırmada həmçinin Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.
Araşdırmada əsas diqqət çəkən məqam yuxarıda qeyd etdiyimiz kimi əhalinin 81 faizinin hökumətdən razılıq ifadə etməsi ilə bağlıdır. Bunu isə şərtləndirən amil kifayət qədərdir. Belə ki, ölkə əhalisinin mövcud hakimiyyətdən, onun formalaşdırdığı hökumətdən razı olmasını şərtləndirən ən başlıca amil Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürməsidir. Günümüzdə dünyanın əksər bölgələrində xaos, anarxiya, özbaşınalıq hökm sürdüyü halda, Azərbaycan bu kimi mənfi tendensiyalardan çox-çox uzaqdır. Azərbaycan təkcə yerləşdiyi coğrafiya deyil, eləcə də dünyada sabitlik adası kimi tanınmaqdadır. Düzdür, ölkəmizə qarşı bir neçə cəbhədə birləşmiş antiAzərbaycan qüvvələr ciddi cəhdlə Yaxın Şərq ölkələri, lap elə vaxtı ilə bir ittifaqda olduğumuz Ukraynada cərəyan edən prosesləri, anarxiyanı, xaosu bura transfer etməyə çalışsalar da, lakin Azərbaycan dövləti, xüsusilə də hakimiyyətin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu kimi mənfi tendensiyaların respublikamıza transfer olmasının qarşısı alınır. Xalq bu gün Yaxın Şərq ölkələri, Suriya, İraq, Yəmən və digər bu kimi ölkələrdə yaşanan qarşıdurmanı, onu demokratiya adı altında Azərbaycana gətirmək istəyənləri dəstəkləmir, onlarla eyni mövqeni bölüşmür. Cəmiyyət sabitlik, hüzr tərəfdarı olduğu üçün bu sabitliyi. Hüzürü ona verən, ölkənin təhlükəsizliyini təmin edən hakimiyyəti, hökuməti dəstəkləyir. Çünki Azərbaycan xalqı bu gün Yaxın Şərqdə baş verən xaos, anarxiyaya yaxın prosesləri 90-cı illərin əvvəllərində öz həyatında yaşayıb, onun həm dövlət, həm də vətəndaşa nə qədər zərbə vurduğunun fərqindədir. Ona görə də ictimaiyyət, xalq qeyd etdiyimiz kimi ona sabitlik bəxş edən, ölkədə ictimai-siyasi sabitliyi təmin edən qüvvəni dəstəkləyir ki, bu da indiki situasiyada Azərbaycan hakimiyyəti, hökumətidir.
Xalqın, əhalinin mövcud hökumətdən razılıq ifadə etməsini şərtləndirən digər bir amil Azərbaycanın, Azərbaycan hakimiyyətinin balanslaşdırılmış, eyni zamanda müstəqil siyasət kursu həyata keçirməsidir. Düzdür, ölkəmizin bu siyasəti də bir çox xarici dairələri razı salmır və rəsmi Bakının bu möveyindən dolayı Azərbaycan zaman-zaman Qərbdən, Avropadan yersiz ittihamlar, qərəzli yanaşmalarla üzləşir. Çalışlır ki, Azərbaycanı öz müstəqil siyasət kursundan döndərib bəzi region ölkələri kimi diqtə ilə işləyən, hansısa dövlətin maraqlarının təminatçısına çevrilən respublika etsinlər. Ancaq Azərbaycanın, eləcə də hakimiyyətin və dövlət başçısının prinsipial mövqeyi, ortaya qoyduğu siyasi iradə Bakıyla diqtə dilində danışmaq istəyənlərin arzusunu gözündə qoyur. Və bütün bu amillər, məqamlar da xalq, cəmiyyət tərəfindən diqqətlə izlənilir, ona qiymıət verilir. Elə qeyd etdiyimiz araşdırmada əhalinin 81 faizinin hökumətdən razılıq ifadə etməsini şərtləndirən amillərdən biri də məhz budur.
Və nəhayət, əhalinin hazırkı idarəetmə sistemindən razılıq ifadə etməsini şərtləndirən digər bir amil ölkə iqtisadiyyatının qlobal böhran və maliyyə risqlərinə rəğmən inkişaf etməsi, ildən ilə aktivinə nailiyyətlər əldə etməsidir. 2015-ci ildən, eləcə də ondan bir neçə il əvvəl dünyanı bürüyən qlobal maliyyə böhranına rəğmən bu gün Azərbaycan iqtisadiyyatı özünəməxsus inkişaf dövrünü yaşayır. İqtisadiyyatın müxtəlif sahələrində əldə edilən nailiyyətlər Azərbaycan insanının həyat şəraitinə, gündəlik həyatına öz müsbət təsirini göstərir. Bu gün əksər dünya ölkələri qlobal böhrandan dolayı ciddi çətinliklərlə üzləşsə, iş yerlərini bağlasa, sosialyönümlü layihələri təxirə salsa da, lakin Azərbaycanda tamam başqa situasiya müşahidə edilir. Paytaxt və regionlarda yeni istehsal və emal müəssisələri, zavod və fabriklər açılıq ki, bu da işsizlik problemini minimum həddə endirir. Azərbaycan hökuməti nəzərdə tutduğu bütün sosialyönümlü layihələri davam etdirir və gələcək illər üçün yeni-yeni sosial layihələr planlaşdırılır. Həmçinin qlobal iqtisadi və maliyyə böhranına rəğmən ölkədə müntəzəm olaraq pensiya və müavinətlər, əmək haqqları artırılır. Bütün bu qeyd etdiyimiz amillər də əhalinin hökumıətdən razılığını özündə ehtiva edir. Və aparılan son araşdırma onu da deməyə əsas verir ki, xalq 2018-ci ildə də yenidən mövcud hakimiyyətin, hökumətin ölkəyə rəhbərlik etməsindən yana olacaq.
S.İsmayılbəyli