Azərbaycan vətəndaşları hökumətə etibar edir
Xəbər verildiyi kimi, Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb. Sorğunun nəticələrinə əsasən, rəyi soruşulan Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis (MM) isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.
8 Dekabr 2017 16:08 Siyasətİlham Əliyev siyasətinin ruhunda Azərbaycan vətəndaşı, onun rifahı, təhlükəsizliyi dayanıb
Xəbər verildiyi kimi, Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb. Sorğunun nəticələrinə əsasən, rəyi soruşulan Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis (MM) isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır. Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, neçə illərdir ki, xalq Prezident İlham Əliyevə dəstəyini bildirir və həmişə dövlət başçısının ətrafında sıx birləşib. O, vurğulayıb ki, xalq görür ki, ölkədə sabitlik, haqq ədalət var, qanunlar işləyir, vətəndaşların rifah halı dövlət tərəfindən yaxşılaşdırılır, sosial müdafiə təmin olunur, Azərbaycan ordusu güclənir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır: "İnsanların istəyi də odur ki, evlərində rahat yaşasınlar, hüquqları qorunsun, işi olsun. Bunların hamısı varsa, xalq niyə razı olmalı deyil?" MM-in komitə sədri, Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından və məşhur "91-lər"-dən olan olan professor Eldar İbrahimov da adıçəkilən sorğunu müsbət və ədalətli qiymətləndirib. Onun sözlərinə görə, sorğudakı nəticəni tam qətiyyət və məsuliyyətlə bir qədər də artırmaq olar: "Əslində ölkə əhalisinin ən azı 90-95 faizi Azərbaycan dövlətinə, Azərbaycan hökumətinə, ən əsası ölkə Prezidenti cənab İlham Əliyevə, onun yeritdiyi daxili və xarici siyasət kursuna, müstəqil dövlət və dövlətçilik siyasətinə etibar edir, etimad göstərir. Bunu ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri də açıq şəkildə ortaya qoyur. Bütün seçkilərdən hakimiyyətin, hakim partiyanın-YAP-ın, ölkə Prezidentinin qalibiyyətlə, zəfərlə çıxması bunu əyani və danılmaz şəkildə sübut edir. Əgər Azərbaycan xalqının etibarı və etimadı, güclü inam olmsaydı, seçkilərdən bu cür qalibiyyətlə çıxmaq olardı?! Azərbaycan xalqı artıq 80-ci illərin sonları, 90-cı illərin əvvəllərinin xalqı deyil. Azərbaycan xalqı, Azərbaycan insanı, Azərbaycan seçicisi artıq kifayət qədər yetkinləşib. müdrikləşib, ağı-qaradan, yaxşını-pisdən seçməyi yaxşı bilir. Yəni, 1993-cü ilin məlum hadisələrindən sonra Azərbaycan xalqı birmənalı olaraq Heydər Əliyev siyasi kursuna, bu kursun layiqli davamçısı olan cənab İlham Əliyevə və onun komandasına etmidad göstərib, etibar edib, taleyini onunla bağlayıb və bu etimad, bu etimad hələ uzun illər də davam edəcək. Kimsənin də buna şübhəsi olmasın. Çünki Heydər Əliyev və İlham Əliyev siyasətinin, idarəçiliyinin ruhunda Azərbaycan insanı, Azərbaycan vətəndaşı, onun rifahı, təhlükəsizliyi dayanıb. Həm mərhum Heydər Əliyev, həm də İlham Əliyev hər zaman Azərbaycan, Azərbaycan insanı naminə fəaliyyət göstəriblər. Ona görə ruhunda, mahiyyətində Azərbaycan insanı, onun rifahı dayanan siyasətə və həmin siyasətin daşıyıcılarına etibar, etimad, inam bundan sonra da olacaq. Bunu tam əminliklə və inam hissi ilə deyirəm". Millət vəkili Aydın Mirzəzadə deyib ki, aparılan sorğu onu deməyə əsas verir ki, bu, dövlətçiliyimizin bugünkü bariz xarakteristikasından biridir: "Azərbaycan cəmiyyəti dövlətinin fəaliyyətindən ümumən razıdır. Azərbaycan cəmiyyəti bu gününə və sabahına inanır. İndiki iqtidara böyük etimad göstərir. Bu kiçik məsələ deyil. Nəzərə alsaq ki, Azərbaycan torpaqlarının bir hissəsi işğal altındadır, 26 illik müstəqilliyimiz Ermənistan-Azərbaycan qarşıdurması şəraitində keçir, bu zaman əsrlərlə yığılıb qalmış problemləri həll etmək lazım gəlir. Həmçinin Azərbaycan cəmiyyətində bir yekdilliyin, milli birliyin olduğunu da söyləmək olar. Bu gün əgər 81 faiz insan sabaha inanırsa, deməli cəmiyyət ümumən bir dəyərlər üzərində qurulub. Şübhəsiz ki, bütün bunlar heç də asan başa gəlməyib.Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində indiki Azərbaycanın bünövrəsi qoyulub. Azərbaycanın strateji istiqaməti düzgün seçildi. Ölkəmiz özünün müstəqilliyini hərtərəfli qoruya bildi. Prezidentimiz İlham Əliyevin siyasi kursu Azərbaycanın milli maraqlarına cavab verir. Azərbaycanın suverenliyi qorunur və müstəqil daxili, xarici siyasət yeridir. İnsanların sosial problemlərinin həlli üçün maksimum işlər görülür. Parlamentə, siyasi partiyalara münasibətin özü də göstərir ki, vətəndaşlarımız siyasi proseslərlə ciddi surətdə maraqlanırlar. Onlar bugünkü proseslərin demokratik çərçivədə getdiyinin fərqindədirlər. Nəzərə alsaq ki, bu rəy sorğusu xarici bir şirkət tərəfindən keçirilib ona görə də nəticələrin obyektivliyi hər hansı bir şübhə doğurmur". Siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, bu sorğu Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının sifarişi ilə həyata keçirilib: "Bu kimi sorğular daha öncə digər Şərq Tərəfdaşlığına üzv olan ölkələrdə də keçirilib. Nəticələr baxımından Azərbaycan ən yüksək göstəricilərə malikdir. Azərbaycan vətəndaşlarının dövlətə olan etimadı çox böyükdür. Şübhəsiz ki, bu da Azərbaycanda həyata keçirilən layihələrdən və Azərbaycan dövlətinin sosial dövlət olmasından qaynaqlanır. Digər tərəfdən Azərbaycan bu günə kimi beynəlxalq müstəvidə, ölkə daxilində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bu da dövlətin həm beynəlxalq müstəvidə nüfuzunun yüksəlməsinə, eyni zamanda vətəndaşların etimadının artmasına səbəb olur. Təbii ki, burada rol oynayan əhəmiyyətli faktorlardan biri də Azərbaycan vətəndaşlarının kifayət qədər vətənpərvər olmaları, öz dövlətlərini sevmələri, regionda və dünyada baş verən prosesləri dərk etmələri, bütövlükdə isə Azərbaycan dövlətinin gələcəyinə inam bəsləmələri ilə bağlıdır. Kifayət qədər nüfuzlu bir təşkilatın korporasiyasının həyata keçirdiyi bu sorğunun nəticəsi Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək, ölkəmizə investisiyaların cəlb olunmasında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda bu faktor dünyaya Azərbaycan vətəndaşlarının dövlətə olan münasibətini, həmçinin öz gələcəklərinə, dövlətin gələcəyinə olan münasibətlərini ortaya qoyur. Bu da siyasi dəyərləndirmələrdə çox mühüm faktor kimi qiymətləndirilməlidir".
Zəka