“Bu Azərbaycanda siyasi hakimiyyətin cəmiyyət içində legitimliyinin nəticəsidir”

ING maliyyə holdinqinin (Niderland) tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycanda aparılan sorğunun nəticələrinə görə, vətəndaşların 81%-i hökumətə etibar edir.

ING maliyyə holdinqinin (Niderland) tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycanda aparılan sorğunun nəticələrinə görə, vətəndaşların 81%-i hökumətə etibar edir.

Əhalinin böyük hissəsinin hökumətə etibar etməsinin başlıca səbəbləri barədə Azadinform-un suallarını cavablandıran politoloq Zaur Məmmədov deyib ki, siyasi hakimiyyətlərin legitimliklərinin dərəcəsini bilmək, ümumiyyətlə aparılan siyasi, iqtisadi, sosial kursun vətəndaşlar tərəfindən dəstəklənib-dəstəklənməməsi, siyasi qərarların nə dərəcədə cəmiyyətin ayrı-ayrı üzvlərinin maraqlarına uyğun gəlib-gəlməsəsi kimi sualların cavablarını aparılan sosioloji sorğular vasitəsi ilə bilmək olar.

Politoloq vurğulayıb ki, sosioloji sorğulardan mövzunun obyekti olan siyasi subyektlər mütləq nəticə çıxartmalı, cəmiyyətin mütləq çoxluğunun istəyinə uyğun siyasət aparmalıdırlar. 

O qeyd edib ki, prezident seçkilərinə bir ildən az bir vaxt qalan zaman sorğuda iştirak edənlərin 81 %-in hökumətə etibar etməsi Azərbaycanda siyasi hakimiyyətin cəmiyyət içində legitimliyinin nəticəsidir. 

Z. Məmmədov əlavə  edib ki, 81% kifayət qədər böyük rəqəmdir: "Misal üçün Fransa, Almaniya, ABŞ, İtaliya kimi ölkələrdə əhalinin hökumətlərin siyasətinə dəstək faizi aşağıdır. Məsələn, Amerika əhalisinin 58 % hökumətin müxtəlif sahələrdəki siyasətini dəstəkləyir". 

Onun sözlərinə görə, əhalinin əhvalına siyasi hakimiyyətin apardığı xarici siyasi kurs təsirsiz ötüşməyə bilməz: "Kiçik ölkələr üçün hökumətlərin böyük güclərlə münasibətləri və hansı vektora tərəf baxması vacibdir. Moldovada, Ukraynada qeyri-siyasi sabitliyin olmasının ən böyük səbəbi həmin ölkələrin xarici siyasətlərindəki fəaliyyət idi. Avropa İttifaqı, NATO bir tərəfdən, Rusiya, Avrasiya İqtisadi İttifaqı isə digər tərəfdən". 

Politoloq qeyd edib ki, Gürcüstan, Moldova, Ukraynadan fərqli olaraq, Azərbaycana təzyiqlər daha çox vektorlar vasitəsi ilə baş verir: "Təkcə Avropa İttifaqı, ABŞ, Rusiya deyil, eyni zamanda digər dövlətlərin də Azərbaycanda öz maraqları var. Dövlətin bu qiqantların arasında apardığı çevik siyasət daxili əmin-amanlığa da böyük təsir edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31