Deputat: “Gender əsaslı zorakılığı aradan qaldırılması üçün bütün səylər birləşdirilməlidir”.
"Uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsinə dair hüquqları qanunla təsbit olunub. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” və bu qəbildən olan bir çox mühüm hüquqi sənədlər uşaqların ayrı-seçkiliyə məruz qalmasının qarşısını almaq məqsədi daşıyır”.
8 Dekabr 2017 16:10 Sosial"Uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsinə dair hüquqları qanunla təsbit olunub. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanun, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" və bu qəbildən olan bir çox mühüm hüquqi sənədlər uşaqların ayrı-seçkiliyə məruz qalmasının qarşısını almaq məqsədi daşıyır". "Olaylar" xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova Parisdə təşkilatın gender bərabərliyi və qeyri-diskriminasiya komitəsinin iclasında deyib. "Gender bərabərliyi və uşaqlara xidmət" məruzəsi ətrafında keçirilən müzakirələrdə S. Qafarova Azərbaycanda uşaqların fiziki və mənəvi sağlamlığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Vurğulayıb ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsinin davamlığını təmin etmək məqsədilə "Uşaq hüquqları haqqında" Qanun qəbul olunub. Azərbaycanda uşaqların hüquqlarının mühafizəsi ilə bağlı qanunvericilik bazası "Uşaq hüquqları haqqında" Konvesnsiya, "Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında" Ümumdünya Bəyannaməsi və digər müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılıb. "Avropada erkən nikahlar" məruzəsinin müzakirəsində S. Qafarova Azərbaycanda erkən nikahların saylarının azaldılması, erkən nikah hallarının qarşısının alınması məqsədi ilə mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda erkən nikahın qarşısının alınması üçün qanunvericilik bazası yaradılıb, eyni zamanda həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirləri, eləcə də uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər problemin həllinə yardım edir. S. Qafarova Azərbaycanın bu məsələdə bütün beynəlxalq təşəbbüslərə dəstək verdiyini xatırladıb: "Gender əsaslı zorakılıq yalnız qadınların problemi kimi qəbul edilməməlidir. Bu, ümumbəşəri pandemiyadır və bu problemin aradan qaldırılması üçün bütün səylər birləşdirilməlidir".