Azərbaycanda fikir, söz və məlumat azadlığı üçün həm hüquqi baza, həm də şərait var
Medianın, kütləvi informasiya vasitələrinin cəmiyyətdə rolu, yeri əvəzedilməzdir. Onlar cəmiyyəti ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə xəbərdar edir, məlumatlandırır. Media cəmiyyəti, dövləti, onun ayrı-ayrı qurumlarını, hakimiyyəti hər hansı bir problemə, onun həllinə də istiqamətləndirə bilir. Əksər hallarda məhz medianın, kütləvi informasiya vasitələrinin, mətbuatın rolu, xidmətləri sayəsində cəmiyyəti narahat edən həmin problem həllini də tapır, qısa zamanda yoluna qoyulur. Elə bu baxımdan media, kütləvi informasiya vasitələri, mətbuat haqlı olaraq dördüncü hakimiyyət sayılır. Ona bir qayda olaraq hörmət edilir, onun təqdim etdiyi, ictimailəşdirdiyi məsələlər, problemlər ciddiyə alınır.
8 Dekabr 2017 16:15 SosialMedianın, kütləvi informasiya vasitələrinin cəmiyyətdə rolu, yeri əvəzedilməzdir. Onlar cəmiyyəti ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə xəbərdar edir, məlumatlandırır. Media cəmiyyəti, dövləti, onun ayrı-ayrı qurumlarını, hakimiyyəti hər hansı bir problemə, onun həllinə də istiqamətləndirə bilir. Əksər hallarda məhz medianın, kütləvi informasiya vasitələrinin, mətbuatın rolu, xidmətləri sayəsində cəmiyyəti narahat edən həmin problem həllini də tapır, qısa zamanda yoluna qoyulur. Elə bu baxımdan media, kütləvi informasiya vasitələri, mətbuat haqlı olaraq dördüncü hakimiyyət sayılır. Ona bir qayda olaraq hörmət edilir, onun təqdim etdiyi, ictimailəşdirdiyi məsələlər, problemlər ciddiyə alınır.
Günümüzdə Azərbaycanda da kütləvi informasiya vasitələri, mətbuatın rolu əvəzedilməzdir. Bunu biz Azərbaycan gerçəkliyində, günlük fəaliyyətlərdə açıq və aydın şəkildə müşahidə edirik. Baxmayaraq ki, bir çox hallarda media, ayrı-ayrı kütləvi informasiya vasitələri jurnalist tərəfsizliyi, obyektivliyini bir kənara qoyaraq siyasiləşir, tərəf kimi çıxış edir, amma bütün bunlara baxmayaraq Azərbaycan cəmiyyətində tutduğu siyasi xətt, mövqe, ortaya qoyduğu yanaşmadan asılı olmayaraq bütün kütləvi informasiya vasitələrinə diqqət və qayğı, həssaslıqla yanaşılır. Çünki bir ölkədə kütləvi informasiya vasitələri, müxtəlif mətbu orqanların mövcudluğu həmin ölkənin fikir, söz, məlumat və ifadə azadlılğına necə önəm verdiyi, diqqət yetirdiyi, onun təminatına necə şərait yaratdığı gerçəkliyini ortaya qoyur.
Qeyd etdiyimiz kimi fikir, söz, məlumat və ifadə azadlığı bu və ya digər ölkənin nə dərəcədə demokratik, hüquqi, müstəqil bir ölkə olduğunu sərgiləyir. Fikir, söz, məlumat və ifadə azadlığına çox və ya az, yaxud qismət sadiq qalan, bəzi hallarda isə bu hüquqları, azadlıqları tamamilə tanımayan, onun qarşısını alan rejimlər, dövlətlər mövcuddur. Maraqlı situasiya ondan ibarətdir ki, heç də bütün demokratik cəmiyyətlərdə, ölkələrdə fikir, söz, ifadə və məlumat azadlığı tam mənada təmin edilmir. Bəzən dünyaya demokratiya dərsi keçən, digər ölkələrə qərəzli mövqedən yanaşan, yaxud həmin ölkələrdə yerli və yersiz şəkildə qüsur, problem axtarmağa çalışan rejimlər, dövlətlərin media aləminə, kütləvi informasiya vasitələrinin fəaliyyət istiqamətlərinə, onlara yaradılan şəraitə nəzər yetirdikdə tamamilə fərqli bir mənzərənin şahidinə çevrilirik. Aydın şəkildə görürük ki, hansısa ölkədə fikir, söz, ifadə və məlumat azadlığının pozulduğunu iddia edən bu ölkənin özündə belə qeyd etdiyimiz hüquq və azadlıqlar minimum səviyyədədir. Hətta tənqid hədəfinə çevirdiyi ölkələrdən belə yaxşı halda deyil. Nə qədər təəccüblü və təssüfedici olsa da, bu kimi mənfi tendensiyaya hətta Avropada belə rast gəlmək mümkündür. Hansı ki, bir çox hallarda elə həmin Avropa ölkələri əsassız şəkildə digər dövlətlərə demokratiya, insan hüquq və azadlıqları məsələsində nümunə olaraq göstərilir. O cümlədən Azərbaycana qarşı da belə bir mənfi, heç bir əsası olmayan yanaşma sərgiləni, ortaya qoyulur. Amma mövcud reallıq, ortada olan mənzərə tamam başqadır. Bəs mövcud reallıq nədən ibarətdir? Mövcud reallığa aydınlıq gətirmək, onu təqdim etmək üçün heç şübhəsiz ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyət istiqamətləri, onlara yaradılan şərait, fikir, söz, ifadə və məlumat azadlığına ölkədə nə dərəcədə önəm, əyər verildiyinə nəzər yetirmək zəruridir, vacidbir.
Düzdür, etiraf etmək lazımdır ki, Azərbaaycan müstıqillik əldə edənə qədər ölkədə fikir, söz, məlumat və ifadə azadlığından danışmaq yersiz idi. Nədən ki, Azərbaycan 70 il ərzində ittifaq ölkələri ilə bir çətir altında yaşayırdı. Bütün istiqamətlərdə, sahələrdə olduğu kimi media sahəsində də hər bir şey, ən xırda detallar belə mərkəzdən. Ittifaq rəhbərliyi tərəfindən idarə olunurdu. Ümumiyyətlə, sovetlərin zamanında fikir. söz, ifadə və məlumat azadlığı termini hər bir müttəfiq respublika kimi Azərbaycana da yad bir kəlmə idi. Hətta Sovet İttifaqı Kommunist Partiyasının orqanı sayılan "Kommunist" qəzeti belə ciddi senzuradan keçidikdən sonra nəşrə gedirdi. Ancaq müstəqillik əldə etdikdən sonra təbii ki, hər bir sahədə olduğu kimi media, kütləvi informasiya vasitələri ilə iş sahəsində də müsbət dəyişikliklər müşahidə edilməyə başladı, yeni yanaşmalar ortaya qoyuldu. Hansı ki, müstəqil bir respublikada həmin yanaşmaları tətbiq etmək zəruri, vacib elementlərdən biri idi. Onu da etiraf etmək lazımdır ki, yeni dövrə uyğun yeni yanaşmalar tətbiq etmək müstəqilliyin ilk illərində heç də asan deyildi və ilk növbədə cəmiyyəti buna hazırlamaq lazım gəlirdi. Nədən ki, cəmiyyət müstəqil olsa da, lakin hələ də 70 illik ittifaqın insanların beyninə yeritdiyi ideologiyanı, yanaşma tərzini tam silib ata bilmirdi. Cəmiyyətin ilk növbədə ciddi şəkildə maariflənməsi lazım idi. Təssüflər olsun ki, müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edən qüvvələr bunu bacarmadılar. Bəlkə də bu prosesə maraqlı olmadılar desək daha doğru olar. Nədən ki, yeni dövrdə hakimiyyət pilləsinin ən üst mərtəbəsində oturan həmin qüvvələr özlərinə alternativ olmasını istəmirdilər. Ancaq buna baxmayaraq zaman keçir, insanlar müstəqil dövlətin vətəndaşları olaraq öz fikir və mülahizələrini, şəxsi mövqelərini azad şəkildə ortaya qoymağın zəruriliyini dərk edirdilər. Beləliklə, zaman keçdikcə ölkədə fikir, söz, ifadə və məlumat azadlığı üçün daha münbit zəmin yaranır və zərurətə çevrilirdi.
Azərbaycanda fikir, söz. ifadə və məlumat azadlığı sahəsində ən uğurlu və nəticəli adımlar isə heç şübhısiz ki. ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra atılmağa başlandı. Ümummilli lider Heydər Əliyev əvvəlki hakimiyyətdən fərqli olaraq gözəl bilirdi ki, bütün demokratik və insan hüquqlarına hörmət edən cəmiyyətlərdə media və onun müstəqil fəaliyyəti üçün zəmin yaradılmalıdır. Ona görə də bu istiqamətdə ümummilli lider Heydər Əliyev ardıcıl və sistemli addımlar atmağa başladı.
Qısa müddət ərzində görülən işlər nəticəsində Azərbaycan Rerspublikasında mətbuatın müstəqil, səmərəli fəaliyyəti üçün baza yaradıldı. Dövlət təminatı oldu. Xüsusilə, 1998-ci ilin avqust ayının 6-da mərhum prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzuranın götürülməsi o dövr üçün ən radikal və qətiyyətli addım hesab edilirdi. 1999-cu ildə isə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi ki, bu da yeni, müstəqillik dövründə Azərbaycan mediasının fəaliyyətini qanunla tənzimləməyə imkan və şərait yaradırdı. Həmçinin mətbuat üçün qanunvericlik bazası formalaşdırırdı. Heydər Əliyevin mətbuata, mediaya göstərdiyi diqqət və qayğının əyani göstəricisi idi ki, ümummilli lider bir neçə dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.
Ümummilli lider Heydər Əliyevin mediaya, kütləvi infiormasiya vasitələrinə, onların inkişafına göstərdiyi diqqət və qayğı ümummilli liderdən sonra Cənab İlham Əliyev tərəfindən davam etdirildi. 2003-cü ildən ölkənin bir nömrəli postuna seçilən İlham Əliyev də ümummilli lider Heydər Əliyev kimi mətbuata diqqət və qayğı ilə yanaşır, ona hərtərəfli dəstək göstərirdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası kimi mühüm bir sənəd təsdiq olunması, qısa bir müddət sonra həmin Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılması ilk nümunələrdən idi. Buna qədərki dövrdə isə dövlət başçısı qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarını birdəfəlik ləğv etmişdi. Həmçinin mətbu orqan, kütləvi informasiya vasitəsi təsis etmək kimi ağır, çətin prosedurlar da məhz İlham Əliyevin sayəsində aradan qaldırıldı.
Artıq uzun illərdir ki, ölkədə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə görə mətbu nəşrin təsis edilməsi üçün dövlət orqanından icazə tələb olunmur. Bütün bunlar və sadalamadığım onlarla hüquqi-normativ aktlar vardır ki, dövlətin mətbuatın müstəqil olması üçün qarant olduğunun, mətbuat orqanlarının müstəqilliyinə xələl gətirə biləcək yersiz təzyiqlərdən onu müdafiə etdiyinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Nəticə isə göz qabağındadır. Azərbaycan bir sıra sahələrdə olduğu kimi medianın inkişafı sahəsində də regionun lider dövlətinə çevrilib. Buna heç bir şübhə ilə yanaşmaq olmaz. Çünki hər şey açıq-aydın göz qabağındadır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir