Parlamentdə “Silahlı Qüvvələri haqqında” Qanun müzakirə olunub
Dekabrın 8-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib. “Olaylar” xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, iclasın gündəliyinə iki məsələ daxil edilib. Birinci məsələ Azərbaycan və Türkmənistan hökumətləri arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir.
8 Dekabr 2017 17:23 SosialDekabrın 8-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib. "Olaylar" xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, iclasın gündəliyinə iki məsələ daxil edilib. Birinci məsələ Azərbaycan və Türkmənistan hökumətləri arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Qeyd edilib ki, qanun layihəsi 18 maddədən ibarətdir. Sazişdə hər iki tərəfdən əməkdaşlıq edəcək orqanların adları, əməkdaşlığın formaları, yardımın növləri və digər məsələlər öz əksini tapıb. Saziş müddətsiz olaraq bağlanıb. Sonra iclasda "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Qanun ikinci oxunuşda müzakirə olunub.