Çin Hörmüz boğazının tez bir zamanda açılması üçün təsirli tədbirlərin görülməsinə çağırıb- ÖZƏL

Çin hakimiyyəti Hörmüz boğazının mümkün qədər tez açılması üçün təsirli tədbirlərin görülməsinə çağırır. Olaylar.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi bildirib.
Çin Mərkəzi Televiziyası Vanq Yinin Pekində iranlı həmkarı Abbas Əraqçi ilə görüşdükdən sonra dediyi sözləri sitat gətirib: "Biz bütün tərəfləri Hörmüz boğazını təcili olaraq açmaq, beynəlxalq gəmiçilik marşrutları boyunca maneəsiz və təhlükəsiz naviqasiyanı təmin etmək və beynəlxalq enerji daşınması və təchizat zəncirlərinin sabitliyini təmin etmək üçün təsirli tədbirlər görməyə çağırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31