Problem birdəfəlik həll ediləcək - ABŞ “əsrin sazişi”ni bağlamaq istəyir

Vaşinqton Fələstin-İsrail probleminin həlli üçün “əsrin sazişi”ni bağlamaq istəyir.  Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson onunla görüşdə bildirib. “Dövlət Administrasiyasının başçısı bildirdi ki, ABŞ Fələstin-İsrail problemini birdəfəlik həll edəcək əsrin sazişini bağlamaq istəyir”, - Lavrov deyib.

Vaşinqton Fələstin-İsrail probleminin həlli üçün "əsrin sazişi"ni bağlamaq istəyir.  Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson onunla görüşdə bildirib. "Dövlət Administrasiyasının başçısı bildirdi ki, ABŞ Fələstin-İsrail problemini birdəfəlik həll edəcək əsrin sazişini bağlamaq istəyir", - Lavrov deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi barədə sənəd imzalayıb. Qərar demək olar ki, dünyanın heç bir ölkəsindən dəstək almayıb. Siyasi liderlər bildirirlər ki, Trampın qərarı bölgədə vəziyyəti daha da gərginləşdirəcək. Publika.az SİTA agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31