Ronaldu: "Messi ilə mübarizəmiz hələ çox davam edəcək"
"France Football" nəşrinin təqdim etdiyi "Qızıl Top" mükafatının builki qalibi Kriştianu Ronaldu olub. İlin ən yaxşı oyunçusuna verilən mükafata 5-ci dəfə sahib çıxan portuqaliyalı bununla da karyerasında 5-ci dəfə bu uğura imza ataraq Lionel Messiyə çatıb.
8 Dekabr 2017 18:50 İdman"France Football" nəşrinin təqdim etdiyi "Qızıl Top" mükafatının builki qalibi Kriştianu Ronaldu olub. İlin ən yaxşı oyunçusuna verilən mükafata 5-ci dəfə sahib çıxan portuqaliyalı bununla da karyerasında 5-ci dəfə bu uğura imza ataraq Lionel Messiyə çatıb.
"Real"ın super ulduzu fikirlərini bölüşüb: "Bu, fantastik bir andır. İllərdir ki, bu anı gözləyirdim. Geridə qalan il mənim üçün möhtəşəm alındı. Komandamla İspaniya çempionluğunu və Çempionlar Liqasını qazandıq. Özüm də qitənin ən nüfuzlu klub turnirində bombardir oldum. Bütün komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm".
Ronaldu Messi ilə rəqabəti haqqında da danışıb: "Leo ilə bizim mübarizəmiz hələ çox davam edəcək". Goal.az