Gündəm
Erməni deputat Azərbaycan ərazisində qəzaya düşdü
Ermənistan parlamentinin deputatı Karen Bekaryan qəzaya düşüb. Bu barədə kriminal xronika saytı shamshyan.com məlumat yayıb.
Əli Həsənovun nəvəsi barədə qərar verilir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi başlayıb.
Bakıda atəşfəşanlıq olacaq
Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq təşkil olunacaq. Bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib.
Qənirə Paşayeva İraqda Qarabağdan danışdı
İraqda səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva bu ölkənin dövlət televiziyasına, El İrakiya, El Reşid, El Hura İrak, Al Mashrik, Al İrakiye, Al Turkmaniye telekanallarına, bir sıra radiolara, qəzet və xəbər agentliklərinə müsahibəsində və Al İraqiye Al Turkmaniye dövlət televiziyasının canlı yayımında Azərbaycan həqiqətləri, xüsusilə Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti barədə danışıb.
Oğurladığı pulu həyətdə basdırdı
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, cari il dekabrın 9-da Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən Salyan Rayon Polis Şöbəsinə rayon sakini Pərvanə Nağıyevaya məxsus mənzildən 4 min manat pulun oğurlanmağı barədə məlumat daxil olub.
16 tonluq qril bişirildi
Uurqvayda dünyanın ən böyük qrili bişirilib. Bununla da dünyanın ən böyük barbekyusu ilə bağlı Ginnesin Rekordlar Kitabında rəsmən qeydiyyata alınmış rekord yenilənib. Əvvəlki rekord Argentinanın La Pampa şəhərində reallaşmışdı.
İnquşetiyada azərbaycanlıları daşıyan avtobus qəzaya uğrayıb, 4 nəfər yaralandı
İnquşetiyada azərbaycanlıları daşıyan mikroavtobus dünən gecə qəzaya uğrayaraq aşıb. Qəza nəticəsində 4 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin (CRM) mətbuat xidmətindən verilən məlumata görə, Qroznı-Vladikavkaz marşrut ilə hərəkət edən "Mercedes" markalı mikroavtobus Nazran yaxınlığında aşıb. Qəza zamanı avtobusda 7 nəfər - sürücü və sərnişinlər olub. Xəstəxanaya çatdırılanların vəziyyəti orta ağır olaraq dəyərləndirilir.
"Barselona"nı məğlub edən tapılmır
İspaniya La Liqasının 15-ci turunda "Vilyareal"ın qonağı olan "Barselona" 2:0 hesablı qələbə qazanıb. Katalon klubu Primerada məğlubiyyətsiz oyunların sayını 21-ə yüksəldib. Bunların 18-də qalib gələn "Barselona", 3 dəfə heç-heçə edib. Analoji nəticə La Liqanın tarixində ən uzun məğlubiyyətsizlik seriyasıdır. Komanda sonuncu dəfə 2016/17 mövsümünün 31-ci turunda "Malaqa"ya uduzub - 0:2.
Vatan Şaşmaz cinayetinde son nokta konuldu!
Ünlü oyuncu Vatan Şaşmaz'ın manken Filiz Akel tarafından otel odasında öldürülmesiyle ilgili flaş bir gelişme yaşandı. Cinayet soruşturması tamamlandı. Ünlü sunucu ve oyuncu Vatan Şaşmaz’ın öldürülmesine ilişkin soruşturmada yeni bir gelişme yaşandı. İstanbul Cumhuriyet Başsavcılığı, Vatan Şaşmaz’ın eski manken Filiz Akel tarafından öldürülmesine ilişkin yürüttüğü soruşturmayı tamamladı.
Nazir: "Əmək bazarının əlillər üçün uyğunlaşdırılmasına ehtiyac var"
"Bu gün Azərbaycanda 624 min əlilliyi olan şəxsin təxminən 26 min nəfəri birinci qrup əlil kimi pensiya alanlardır". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazirin sözlərinə görə, ölkədə sosial müavinət alan əlillərin sayı 22 min nəfər təşkil edir.
Yol Polisindən XƏBƏRDARLIQ - Sabah bu yollar bağlı olacaq
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Nazir əlillərin işlə təminatında üzləşdiyi çətinlikləri açıqlayıb
"Hazırda əlilliyi olan şəxslərin işlə təminatında, işə götürülməsində müəyyən problemlər ortaya çıxır". Bunu əmək və əhalini sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, bu problemlərin müəyyən səbəbləri var: "Əlilliyi olan şəxsləri işəgötürənlər bir sıra səbəbdən işə götürmürlər. Birincisi, onlarda belə bir qənaət formalaşıb ki, əlilliyi olan şəxslərin digərləri ilə müqayisədə məhsuldarlığı aşağıdır.
“Ceyms Coysun “Uliss” romanı və ədəbiyyatda devrim” – İradə Musayevadan yeni kitab
Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi-ədəbiyyatşünas alim İradə Musayevanın “Ceyms Coysun “Uliss”romanı və ədəbiyyatda devrim” adlı kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Məmməd Qocayev, elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlidir. Rəyçilər: filologiya elmləri doktoru, professor Cəlil Nağıyev və filologiya üzrə fəlsəfə doktoru, Vilayət Hacıyevdir. Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın irlandiyalı yazıçı Ceyms Coysun “Uliss” romanından bəhs edən kitabı hissə-hissə Kulis.az saytında yayımlanmış və geniş oxucu auditoriyasının diqqətini cəlb etmişdir.
Azərbaycanda əlilliyi olan şəxslər üçün yeni sosial investisiya layihəsinə başlanıb
BP və onun tərəfdaşları bu gün Azərbaycanda əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılmasına kömək edən yeni sosial investisiya layihəsinə başlayıb. Məlumata görə, layihə təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə bir qrup əlilliyi olan şəxsin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihənin əhatə etdiyi 100 iştirakçı ümumi təhsil alıb, həmçinin universitet və peşə məktəblərini yeni bitirmiş şəxslərdir.
Nazir: "Bu il 538 fiziki qüsurlu uşaq doğulub"
"Bu ilin 10 ayı ərzində sağlamlıq imkanları məhdud uşaq statusu verilmiş şəxslərin 15%-ini fiziki qüsurla doğulan uşaqlar təşkil edib". Bunu əmək və əhalini sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.














